Bu dünyada hər şeyin bir bədəli var | Hekayələr
Geniş Kitabxana
Bu dünyada hər şeyin bir bədəli var
Göyün ənginliklərində ağappaq bir dünya vardı. Bu
dünyada pambıq kimi yumşaq buludların üstündə balaca,
qəşəng evlər vardı. Bu evlərdə şipşirin körpələr yaşayırdı.
Hər tərəfi gözəl qoxu bürümüşdü-körpələrin qoxusu. Hər
tərəfdən qığıltı səsləri, körpə gülüşləri eşidilirdi.
Bu gün hava gözəl idi. Körpələr ayaqlarını sallayıb,
buludların üstündə oturmuşdular. Birdən uzaqdan birinin
gəldiyini gördülər. Buludlara tərəf uzanan yolda balaca,
laaap balaca bir körpə gəlirdi. Ayağının biri yox idi.
Qollarının ikisi də kəsilmişdi. Başından qan axırdı. Çox
yorğun idi körpə. Çox ağlamışdı körpə. Dünyadan
qayıdırdı körpə. Gəlib buludların yanına çatdı.
-Hardan gəlirsən?
-Dünyadan.
-Niyə qayıtdın?
-Məni istəmədilər.
-Bəs, ayaqlarına, qollarına nə olub?
Körpə yerdə oturub sıyrılmış boynunu yana əydi. Qan
damcıları sıxılıb üzü aşağı süzülməyə başladı.
-Atamla anam məni çağırandan sonra yerə endim. Anam
qarnında mənim üçün rahat yataq düzəltmişdi. Orda
günlərim gözəl keçirdi. Anam məni sığallayır, əzizləyirdi.
Deyirdi ki, yolumu səbirsizliklə gözləyir, məni çoxxx, lap
çox istəyir. Anama güvənirdim, onun qarnında xoşbəxt
yaşayırdım. Atam da məni çox sevirdi.
Anamın qarnından öpüb, bu sonsuz sevgiyə görə məni
kövrəldirdi.
Mən fərəhli idim, ümidli idim. İşıqlığa çıxandan sonra
onların ağıllı balası olacaqdım, onlar həmişə mənimlə
fəxr edəcəkdilər. Mən böyüyüb çox məşhur bir yazıçı
olacaqdım, kitablarım dünyanın dörd bir yanına
yayılacaqdı. Atamla anam hər yerdə hörmətlə
qarşılanacaqdı. Mən insanları, ailəmi çox sevəcəkdim.
Bütün bunları onlara deməyə o qədər tələsirdim ki! Amma
bir gün atamla anam daha məni sığallamadı. Anamın
içinə axıtdığı göz yaşları mənim üstümə töküldü. Az qala
boğulacaqdım. Yalvarıb, onu səslədim, daha ağlama,
dedim. Məni eşitmədi. Sonra mən də ağladım. Büzüşüb,
soyuqdan tir-tir əsməyə başladım. Səhəri gün bədənimə
dəyən soyuq bir şeydən diksinib oyandım. Ağrıdan səsim
gəldiyi qədər bağırdım, ayaqlarım kəsiləndə atamı,
qollarım kəsiləndə anamı səslədim. Amma onların mənə yazığı gəlmədi. Təkcə
anamın qarnından çıxardılanda onun dərindən ah
çəkdiyini eşitdim. Yavaş-yavaş huşum özümdən gedirdi.
Bir də məni doğrayan cəlladın son sözlərini eşitdim
“inşallah, gələn dəfə oğul payı verər Allah”...
Körpələr onu dinləyib kədərləndilər. Saçları qıvrım,
yanaqları toppuş, bapbalaca, şipşirin körpə qızlardan biri
ayağa durub dedi:
-Bacılar, qardaşlar, mən artıq getməliyəm, salamat qalın.
-Getmə, səni də öldürəcəklər. İnsanlar pisdir, analar,
atalar amansızdır.
-Hamısı yox. Mənim 3 bacım var. Amma bir gün anam
ilə atamın duasını eşitdim: “Oğlan, ya da qız-fərq etməz.
Xeyirli övlad nəsib et, Ya Rəbbim!”.
-Məni səsləyirlər, artıq getməliyəm.
Körpələrdən biri də ayağa durdu.
-Gəl, bir yerdə enək yerə. Məni də səsləyirlər.
-Səni də çağırır atanla anan?
-Hə, mən bu ayaqları kəsilən qızcığazın qardaşıyam.
Amma bir neçə ildən sonra yenə yanınıza qayıdacam. Bu
dünyada hər şeyin bir bədəli var axı =((
Cemi 557 nefer oxuyub
Beyen(205) | Beyenme(91)
Paylaş:
Hekayələr

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Allah anlayışı, Allahın 99 adı, Din anlayışı, Quran haqqında, Secde haqqında, Iman anlayışı, Islam haqqında, Namaz haqqında, Oruc haqqında, Qiyamet haqqında, Resullar haqqında, Şehadet anlayışı, Hecc haqqında, Diriliş haqqında, Rukun haqqında, Ihsan haqqında, Meişet duaları, Feyyaz duası, Ferec duası, Ayetul duası, Olum haqqında, Qebir haqqında, Berzex anlayishi, Qebrden qalxmaq, Emel hesablama, Sirat korpusu, Behişt haqqında Sevgi Dunyasi, Islam Dini, Letifeler, Dahilerin Sozleri, Maraqli Hadiseler, Burcler Haqqinda, Vetenim, Toy Merasimi, Maraqli Hekayeler, Maraqli Melumatlar, Insanlari Tani

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018