Qizima mektub | Hekayələr
Geniş Kitabxana
Qizima mektub
Adətən, məktubu uzaqdan uzağa yazırlar. Sən mənim
yanımdasan, mənimlə bir evdə, bir tavanın altında, bir
döşəmənin üstündə, amma Sənə məktub yazıram. Sən
ananı yaxşı tanıyırsan, ona görə yəqin bu jestim sənə
qəribə gəlməz. Çünki bilirsən ki, bir qədər, hətta çox
qəribə adamam. Buna ən çox şahid olan da Sənsən.
Bütün qızların içində ilahidən bir hiss, bir duyğu, bir arzu
var. Analıq duyğusu, ana olmaq arzusu. Körpə ikən qızlar
gəlinciklərini bağırlarına basıb yatırar, lay-lay deyərlər,
sənin kimi. Mən də beləydim. Böyüdükcə bu hiss də, arzu
da böyüyər, özün boyda, özündən də böyük olar. Ana
olmaq istəyərsən, istəyərsən bir qızın olsun, saçlarını
hörəsən, cürbəcür, rəngbərəng donlar alıb geyindirəsən
əyninə. Çox gözəl olsun, hamının qızından gözəl, sən də
qürrələnəsən, gözəl qızın anası kimi. İstəyərsən oğlun
ola, qəşəng kostyumlar geydirəsən əyninə, balaca qalstuk
taxasan boynuna, balaca kişiyə bənzəyə. Sən də
qürrələnəsən, balaca “kişinin” anası kimi. Mən də bu
arzuları yaşamışam, qızım, özü də lap güclü. Çox
uşaqsevən olduğumdan hamı deyirdi ki, sənin başından
Allah o qədər uşaq tökəcək, doydurub dolandıra
bilməyəcəksən. Amma mənim indi bir qızım var, bircə
balam…
Çox vaxt Sənə acıqlanıram, hərdən kobudluq da edirəm.
Bilirəm, heç nə ilə bunlara haqq vermək olmaz. Sən heç
nəyin günahkarı deyilsən. Amma mənim Səndən başqa
heç kəsə bu qədər ərkim çatmır. Çünki Sən, mənsiz
yaşaya bilməyəcək qədər mənə bağlı yeganə adamsan.
Hələ ki…
Bilirsənmi, Səni incidəndən sonra çəkdiyim əzab
əzablarımın ən ağırı, ən bağışlanmazıdır. Çünki sonra
məni rahat buraxmayan bir şey qanımda bütün vücudumu
gəzir. Bu, mənim vicdanımdır. O, məni ağladana qədər
danlayır. Sonda yenə Səni incidirəm. Çünki mən
ağlayanda Sən dözmürsən, qoşulursan mənə, bu da ki,
çox acı bir səhnə yaradır. Biz baş-başa verib ağlaşırıq,
ana-bala, mən niyə ağladığımı bilirəm, Sənin niyə
ağladığın bir az mübhəm qalır. Təbii ki, özün bilirsən niyə
ağlayırsan. Bəlkə, doğrudan da, mənim göz yaşlarıma
dözmürsən, axı özün belə deyirsən, bəlkə, gəlinciyinin qırılmış qoluna,
itmiş kinder sürprizinə, nə bilim, başqa nəyə. Ancaq
mənim üçün fərq etməz, göz yaşları sənin totuq
yanaqlarından, dərin baxışlı gözlərindən axır. Bu, çox
dözülməzdir, qızım. Çox zaman ağlamaq istəyəndə,
susuram, göz yaşlarımı qəlbimə axıdıram ki, sən
görməyəsən…
Yazı yazanda, kitab oxuyanda, ümumiyyətlə, məşğul
olanda mənə yaxınlaşırsansa, bilirsən ki, möhkəm
əsəbiləşirəm. Əsl kobudluğu da həmin anlarda edirəm,
bunu sonra başa düşürəm, çünki həmin an özümdə
olmuram. Lakin başa düşürəm, bilirəm, Sən ən
fundamental əsərsən, heç bir şeir, roman, daha nələr
Sənin qədər mükəmməl ola bilməz. Səni hər öpəndə,
oxşayanda Allahla görüşürəm, deyirəm ki, ya Rəbbim,
Sən məni nə qədər sevirsənmiş… Bu boyda pay ancaq
məhəbbətdən verilə bilər insana. Şükür edirəm, edirəm,
bitmir. Bu şükrü bitirməyə qorxuram, bitirə bilmərəm,
qızım…
Sən yatanda nə qədər məsum görünürsən… Əllərini
tuturam, yanaqlarından öpürəm, bilirsən də, Sənin
yanaqlarını öpəndə yorğunluğum çıxır, dincəlirəm.
Saatlarla belə oturub sənə baxmağa hazıram. Sənə
baxa-baxa düşünmək, xatırlamaq, arzulamaq, qorxmaq,
ağlamaq, gülmək – ən gözəl istirahətdir.
Bilirəm, nə boyda yükün altına girdiyimi bilirəm. Ana
olmaq, övlad böyütmək, insanlara lazımlı ,Vətənə gərəkli,
vicdanlı, tərbiyəli, təhsilli, ürəyim istəyən kimi, hərtərəfli
övlad böyütmək nə qədər çətindir, məsuliyyətlidir. Bu
məsuliyyətin, bu ağırlığın həstərində olanlar var, onu da
bilirəm. Bilirəm ki, xoşbəxtəm, nədən ötrü, kimdən ötrü
yaşadığımı bilirəm.
Həm də narahatam, çox narahatam. Bilmirəm ki, Sənin
sabahın necə olacaq. Kimlərə yem olacaqsan. Qorxuram,
çox qorxuram, qızım. Sənə inanıram, arzu edirəm ki,
inamlarımı doğruldasan. Amma ətrafdakı insanlar, təəssüf
ki, hərdən məyus edir adamı. Mən indi başa düşürəm ki,
niyə kişilərin çoxu qız övladının doğulmasını istəmir, lakin
sonradan hamıdan çox istəyirlər qızlarını. Mən indi başa
düşürəm ki, niyə atalar qız yükü, duz yükü deyiblər…
Sənin normal mühitdə böyüməyin üçün hər şey etdim, edəcəm də. Bu,
mənim analıq borcumdur. Sənin qarşındakı bütün
borclarımdan çıxmağa, üzüağ çıxmağa çalışacam, qismət
olsa…
Sən çox düşüncəlisən, yaşından tez və gözəl dərk edirsən
hər şeyi. Sənin suallarından qorxmuram, qorxmadığım
yeganə şey budur qarşında. Yadındadır, bir dəfə mənə:
“Ana, sən olsən, ilan paltarı geyib gəlib yanına girəcəm,”-
demişdin. Bir ara da hər gecə əllərini balaca yanaqlarına
dirək verib uzun-uzadı üzümə baxardın. Soruşdum ki,
niyə elə baxırsan mənə? Dedin ki, axı sən öləndən sonra
darıxacam sənin üçün. Bir də dedin ki, səndən sonra
anam kim olacaq, axı özgədən adama ana olmur. Ağıllı
balam, Sən bunları hardan bilirsən, kimdən öyrənirsən?
Eybi yox, təki sən mənim yoxluğumu yaşa nə vaxtsa.
Amma Sənin olan, həmişə yanında olan Yaradanın var.
Hər gecə Ona dua edirsən, açılan sabahların xeyrini
ondan istəyirsən, Ona and içirsən, hərdən də deyirsən ki,
Ana, məni cənnətə apar, nə olar, mən Allahı görmək
istəyirəm. Bir də deyirsən ki, Allah məni gül bilir. Səndən
ətirli gül varmı ki?! Quzum, Sən onu istədikcə, O da Səni
istəyəcək, heç birimizi cənnətə anamız yox, əməllərimiz
aparacaq, qismət olsa. Sən o cənnətin eşqilə yaşa, Onu
görəcəyimizə inan.
İndisə, hələlik, bəlkə, zaman-zaman bu məktubuma
əlavələr etdim, bilmirəm. Onu bilirəm ki, Sən bunu
əlavələr bitəndən sonra oxuyacaqsan. Yanaqlarından və
alnından öpürəm.
ANAN
Cemi 926 nefer oxuyub
Beyen(297) | Beyenme(135)
Paylaş:
Hekayələr

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Whatsapp Plus indir, Instagram Plus indir, Bedava Indir, Bedava video, Youtube Plus indir, indir, hd mp4, 3gp, Porno indir, bedava site,sarki sozleri, bedava mp3 indir, Azerbaycan Kinoları, Turk Kinoları, Xarici Kinolar, Cizgi Filmler, Bozbaş Pictures, Azeri Klipleri, Turk Klipleri, Xarici Klipler, Show Biznes, Qarışıq Videolar

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018