Xamanı deyerlendirmeyi bacaraq

Xamanı deyerlendirmeyi bacaraq


Bir gün padşahın hüzuruna bir adam gətirdilər. Bu
adamın qeyri-adi bir qabiliyyəti var idi. 40 addımdan sapı
iynənin gözündən keçirirdi. Bunu öyrənmək üçün isə 40 il
vaxt sərf etmişdi. Padşah nəhayət: “Buyur, qabiliyyətini
göstər”, – dedi. Adam iynəni bir taxtaya sancdı və 40
addım geri çəkilərək sapı atdı. Sap düz iynənin gözündən
keçdi. Padşah: “Bir də at!” – deyə təkrar etdi. Adam sapı
bir də atdı. Ancaq nəticə dəyişmədi. Padşah üçüncü
dəfə: “At!”, – dedi. Bu dəfə də nəticə eyni idi. Üçüncü
dəfə, dördüncü dəfə... onuncu dəfə... ancaq hər dəfə “ox
hədəfə dəyirdi”. Nəhayət padşah vəziri çağırdı və: “Bu
adama 40 ədəd qızıl verin, 40 ədəd də dəyənək vurun”, –
dedi. Adam təəccübləndi və: “Padşahım, bu necə
mükafatdır?” – deyə soruşdu. Padşah isə: “40 qızıl belə
qeyri-adi bir qabiliyyətə malik olduğun üçün, 40 dəyənək
də belə lazımsız bir işə bu qədər vaxt sərf etdiyin üçün”,
– deyə cavab verdi.
Cəmi 2165 nəfər oxuyub
Bəyənən (621) | Bəyənməyən (357)
Dostlarınla Paylaş

Saytda 56 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023