Hisslerin mübahisesi | Hekayələr
Geniş Kitabxana
Hisslerin mübahisesi
Bir gün hislər mübahisə etməyə başlayırlar : Kim
güclüdür?
- Mən güclüyəm - deyə Nifrət sözə başladı - mən insanı
hər şeyə sövq edə bilərəm. Mənim sayəmdə Xəyanət və
Acıq yaranıb.
Qısqanclıq dedi: Xeyr, mən güclüyəm. Düzdür, mənim
sayəmdə heç bir hiss yaranmayıb,amma mən insanı
cinayətə sürükləyə bilərəm.
- Siz nə danışırsınız? - deyə Tənhalıq acıqlandı - Cinayət
nədir? Mən insanı intihara məcbur edə bilərəm, deməli
mən ən güclüyəm.
Bu zaman Xeyirxahlıq söhbətə qoşuldu: - Siz niyə belə
pis, ağır şeylər danışırsınız? Mən ən güclünüzəm, çünki
mən həyatda gözəlliklər yaratmağa kömək edirəm.
Nifrət gülərək onun sözünü kəsdi: - Bunlar boş şeylərdir.
Əgər hamı bir-birinə nifrət etməyə başlasa sənin
yaratdığın bu gözəllik kimə lazım olacaq?
- Mübahisə etməyin - Sevgi dedi: - Güclü mənəm. Mən
yaxşı insanı pis, pisi isə yaxşı edə bilərəm. Mən bütün
maneələri dəf edərək hamını öz arxamca apara bilərəm.
- Axı indiki zamanda sevgiyə qiymət verən yoxdur -
Xəyanət dedi.
- Hə,hə. Sən artıq öz yerini çoxdaaan itirmisən - deyə
Şübhə Xəyanətin sözlərini təsdiqlədi.
- Deməli hamımız eyniyik?
- Xeyr - deyə Ağıl cavab verdi:- Bir hiss var ki, heç vaxt
öz gücü ilə öyünmür,ancaq hamınızdan alidir. O
Xəyanətin və Acığın qarşısını ala bilər, Nifrətdən qorxmur.
O hər birinizdən güclüdür, çünki qorxu nədir bilmir.
Bütün hislər qışqırmağa başladı: - Bu ola bilməz,belə hiss
yoxdu.əgər varsa onda o hardadı?
- Onun indi sizlərlə mübahisəyə vaxtı yoxdu. O indi keşik
çəkir, qoruyur, vaxtını boş yerə sərf etmir. O daim
Xoşbəxtliyin və Sakitliyin keşiyindədi…
Cemi 802 nefer oxuyub
Beyen(315) | Beyenme(73)
Paylaş:
Hekayələr

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Whatsapp+, Instagram+, Youtube+, mahni indir, pulsuz oyunlar, lazimli programlar, android dunyasi, pulsuz yuklemeler, romantik sekiller, qizlarin sirri, qadin dunyasi

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018