Duyguların Gizlenpac oynamaqları

Duyguların Gizlenpac oynamaqları


Bir gün bütün duyğular bir yerə yığılıb gizlənpaç
oynayırdılar. Yəni Düşüncəsizlik, Xoşbəxtlik, Kədər və
Eşq. Danışırlar ki kim birinci axtaracaq? Düşüncəsizlik
heç düşünmədən deyir mən və saymağa başlayır. 98, 99,
100 açır. Hamı gizlənmişdi. Xoşbəxtlik suyun içinə
girmişdi. Kədər ağaca çıxmışdı, Eşq özünə yer tapa
bilmirdi. Artıq gec olduğunu görüb özünü tikanlığa atır.
Düşüncəsizlik gözünü açır, xoşbəxtlik xoşbəxtlikdən
suyun içindən çıxır tapılır, Kədər isə o qədər üzülür ki,
ağacda dayana bilmir tapılır. Sıra gəlir Eşqə, çox
axtarırlar Eşqi.
Birdən bir qışqırıq səsi eşidirlər, hamısı qorxurlar, görürlər
ki, səs tikanlıqdan gəlir. Hamısı qaçırlar tikanlığa tərəf.
Görürlər ki, tikanlıqdan çıxan Eşqin gözlərindən qan gəlir,
təmiz qanın içindədi. Nə oldu deyə soruşanda? Eşq:
Tikan batdı deyə cavab verir. Düşüncəsizlik, düşünmədən
deyir ki, mən sənin gözün olaram. Elə o zamandan Eşqin
gözü kor olur, Düşüncəsizlik isə Eşq-in gözü olur.
Cəmi 2538 nəfər oxuyub
Bəyənən (598) | Bəyənməyən (357)
Dostlarınla Paylaş

Saytda 55 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023