Günəbaxanın heyatı

Günəbaxanın heyatı


Günlərin bir günü Günəbaxan insanla söhbətə başlayır.
Günəbaxan:«Mən gün işığından ilham alıb böyüyürəm,
bəs sən?»
İnsan:«Mən Allahın rəhmət və mərhəmətindən ilham alıb
mənən yüksəlirəm.»
Günəbaxan:"Əgər gündən üz çevirərəmsə, kimsə mənə
günəbaxan deməz. Əkinçi toxumu yerə basdırdıqda onun
böyüyüb günü tapacağına əmin olar
və mən günü heç nə ilə səhv salmaram."
İnsan(təəssüflə):«Mən də Allahın əzəmətli varlıq
olduğuna əmin olar, lakin Onu Ondan qeyri varlıqla səhv
salaram»
Günəbaxan:«Mən yalnız günü sevər və onun işığına ümid
bəsləyərəm.»
İnsan(xəcalətli halda):«Mən isə Allahdan qeyrisinə də
ümid bəsləyərəm.»
Günəbaxan:«Mən gün işığı ilə cücərib yerdən boy verər,
gün işığı ilə inkişaf edər, gün işığı ilə də solub gedərəm.»
İnsan(utanaraq):«Mən Allahın nuru ilə dünyaya gələrəm,
amma öz günahlarım ilə axirətimi zülmətə qərq edərəm.»
Günəbaxan:«Mən günlə yaşayaram.»
İnsan:«Mən Allahla yaşayaram.»
Günəbaxan:«Zülmət məni məhv edər.»
İnsan:«Məni isə günahlarım.»
Günəbaxan:«Mən aradakı məsafəni işıqla qısaldaram, bəs
sən?»
İnsan bir söz deyə bilmir. O, günəbaxanı əlinə alıb iyləyir.
Allahın qoxusunu hiss edir. Günəbaxanın dediyi son sözlər
qulağında sırğa olur. «Mənim adım çəkiləndə hamının
yadına gün düşür. Bəs sən insanın adı çəkiləndə necə?
İnsan deyildikdə kimsənin yadına Allah düşürmü?»
Bu sözləri eşitdikdə insan Allahdan xəcalət çəkir, üzünü
günə tərəf tutub ağlayır.
Cəmi 1974 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 91 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024