Xestexanada | Hekayələr
Geniş Kitabxana
Xestexanada
Xəstəxanada eyni palatada iki ağır xəstə yatırdı. Bunların
birinin çarpayısı pəncərənin önündə, digəri isə qapının
yanında idi. Qapının yanında yatan, bir gün pəncərənin
önündə yatandan, çöldə nə gördüyünü soruşur. İkinci
xəstə, sanki canlanır:
-Ooooo! – həvəslə ikinci xəstə səsləndi. – Mən
heyvanlara, müxtəlif əşyalara bənzər buludlar görürəm
səmada, çay görürəm, meşəlik görürəm.
Hər gün pəncərə önündə yatan xəstə digərinə
pəncərədən çöldə nə baş verdiyini danışırdı. O, çayda
balıq tutanlardan, əl-ələ tutub gəzən sevgililərdən,
oynayan uşaqlardan danışırdı.
Qapının yanında yatan xəstə bütün bu nağıl kimi
gözəlliklərə qulaq asır və öz özlüyündə fikirləşirdi: “Bu
haqsızlıqdır. Niyə onu pəncərə qarşısında yatızdırırlar,
məni isə bu cansıxıcı qapıya baxmağa vadar edirlər?!”
Günlərin bir günü, pəncərə önündə yatan xəstə,
öskürməyə, boğulmağa başladı. Hər iki çarpayının
başında, tibb bacılarını çağırmaq üçün zəng düyməsi var
idi. Nə qədər etdisə, əlini zəngə uzada bilmədi. Qapının
yanında yatan isə bu hadisəyə baxaraq, öz çarpayısının
başındakı zəng düyməsinə əl belə uzatmadı. Pəncərə
qarşısında yatan xəstə, boğazını tutub, boğuldu və öldü.
Rəhmətə gedənin palatadan çıxaranda, qapı qarşısında
yatan xəstə tibb bacısından xahiş etdi ki, onun yerini
pəncərə qarşısına keçirsinlər. Bu onun çoxdankı arzusu
idi, elə bu səbəbdən o palata yoldaşı boğularkən çağırış
düyməsini basmamışdı, köməyə heç kimi çağırmamışdı.
Ancaq… yerini pəncərə qarşısına keçirəndən sonra, o çölə
boylandı. Hələ otaqdan çıxmayan tibb bacısına çox titrək
səs ilə dedi.
- Axı bu necə ola bilər. Burada yatan, ölməmişdən qabaq
mənə hər gün çöldə çay, meşəlik, buludlar gördüyünü
deyirdi. Mən isə indi baxıram ki, pəncərədən baxanda
xəstəxananın solğun divarlarından başqa heç nə
görünmür! Bu necə ola bilər?
Tibb bacısı başını bulayaraq:
- Sizin palata yoldaşınız heç nə görə bilməzdi. O kor idi
Cemi 894 nefer oxuyub
Beyen(311) | Beyenme(98)
Paylaş:
Hekayələr

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Mp3 Axtar, Video Axtar, Şəkil Axtar, Android Dunyası, Lazımlı Linklər, Ekskluziv Programlar, Maraqlı Bolmələr, Mobil Filmlər, Geniş Kitabxana, Dini Məqalələr, Qadın Dunyası, Burclərin Sirri

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018