Sevgi hekayesi | Hekayələr
Geniş Kitabxana
Sevgi hekayesi
Nə az, nə çox düz bir dollar səksən yedii senti var idi.
Qız pullarını üç dəfə saydı. Səhv etməmişdi… O, həyat
yoldaşı ilə bu evdə həftəsi səkkiz dollara qalırdı.Elə bir
üstünlüyü olmasa da,yaşamaq olardı. Göz yaşları
quruduqdan sonra Qız üz — gözünü silməyə başladı.
Sevgilisi üçün hədiyyə almağa yalnz bir dollar səksən
yeddi senti var idi.Bu pulu da neçə aya yığmışdı. Ancaq
indi heç bir işə yaramırdı. Halbuku həyat yoldaşı üçün
gözəl bir hədiyyə almaq istəyirdi.Güzgünün qarşısına
keçdi gözləri par — par parıldayırdı.Ancaq rəngi
solmuşdu.Saçlarını açıb çiyinlərinə tökdü.Evlərində iki
qiymətli şey var idi.Biri sevgilisinin babasından qalan qızıl
saat, o biri də çiyinlərinə tökülən saçları.Qız saçlarını
arxasına atdı arıldayan saçları bir göz qırpımında
bütün bədənini örtdü. Bir az dayanıb saçlarına
baxdı.Yanaqlarından iki damla göz yaşı axdı.Gözlərinin
yaşı qurumamış geyinib küçəyə çıxdı.
Hər cür saç ləvazimatları yazılmış lövhənin qarşısında
dayandı.Bir az baxdıqdan sonra içəri girdi.«Saçlarımı
satıram.Nə qədər verərsiniz?»- deyə soruşdu.Yaşlı qadın
qızın saçlarını əlləri ilə yoxladıqdan sonra «20 dollar»,-
dedi, razılaşdı. Artıq O, sevincdən uçurdu.Özünü o qədər
xoşbəxt hiss edirdi ki,saatların necə gəlib keçdiyindən də
xəbər tutmurdu. Cimə hədiyyə almaq üçün dükanları alt
— üst etdi. Nəhayət istədiyini tapdı.Bu, saat zənciri
idi.Zəncir yoldaşının saatına çox yaraşacaqdı. Evə
getdi.Güzgüdə bir də saçlarına baxdı.Artıq o parlaq
saçları yox idi.Görəsən onun xoşuna gələcəkdimi? Bəlkə
də saçlarını kəsdiyi üçün danlayacaqdı onu. Bir az sonra
qapı döyüldü.Qapıda yoldaşı idi.İçəri girdi.Sevgilisini
sınayıcı nəzərlərlə süzdü.
Sonra əlindəki hədiyyəni uzatdı.Qız bağlamanı açanda
gözlərinə inanmadı. Bu onun çoxdan arzu etdiyi daraqlar
idi.Gözlərindən iki damla yaş axdı.Ancaq tez özünü
yığışdırdı. Şırın bir təbəssümlə hədiyyəsini ona
uzatdı.Yoldaşı bağlamanı açanda saat zəncirini gördü.O
hardan biləydi ki, artıq saat yoxdur?Daraqları almaq üçün
o da saatını satmışdı.Ancaq heç biri məyus olmadı. Çünki əsas
məsələ sevgi idi.Onu isə nə almaq, nə də satmaq olardı
Cemi 797 nefer oxuyub
Beyen(280) | Beyenme(81)
Paylaş:
Hekayələr

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Mp3 Axtar, Video Axtar, Şəkil Axtar, Android Dunyası, Lazımlı Linklər, Ekskluziv Programlar, Maraqlı Bolmələr, Mobil Filmlər, Geniş Kitabxana, Dini Məqalələr, Qadın Dunyası, Burclərin Sirri

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018