Senin de heyatın bir başqasının arzusudur

Senin de heyatın bir başqasının arzusudur


Sahib olmadıqlarını istər insan. Başqa bir adanın çiçəkləri
daha bir gözəl gəlir həmişə, qoxusu daha gözəl gəlir
insana. İnsanlar hər zaman özlərini başqalarıyla
müqayisə edər və başqalarında olanı arzular.Bəs bizim
özümüz və sahib olduqlarımız? Bəlkə bir başqasının sahib
olmaq istədiyi bir şəxsiyyətin və həyatın özünə sahibik
biz. Bəlkə də bir başqasının xülyasıyıqdır,bizim
yaşadığımız həyat və sahib olduğumuz maddi mənəvi
dəyərlər!
Həyatımız boyunca məqsədlərimiz haqqında o qədər
düşünürük ki, zamanla başqa şeyləri görə bilmirik.
Özümüzün və sahib olduqlarımızın nə qədər qiymətli
şeylər olduğunu unuduruq. Bəzən də məqsədlərimizdən
uzaqlaşar və məyus olarıq. Sanki dibə vurmuşuq və hər
şey sona çatmış kimi gəlir. Belə zamanlarda biri çıxıb
bizə kim olduğumuzu və əslində nə qədər qiymətli
şeylərə sahib olduğumuzu xatırlatdığında bir oyanış
yaşayarıq. O zaman, əvvəl özümüzə dəyər verməyi və
dəyər verdiklərimizə sahib çıxmanın nə qədər əhəmiyyətli
olduğunu anlayırıq.
Şübhəsiz ki hər kəsin istədiyi bir şeyə mütləq sahibik.
Başqalarının qısqandığı bir həyatımız vardır bəlkə də. Bu,
istər şəxsiyyətimizin bir xüsusiyyəti olsun, istəsə bizə aid
başqa bir şey, başqalarından bizi fərqli edər. Bəzən şirin
bir dil olar, bəzən cəsur bir ürək, sahib olduğumuz dərin
bir dostluqdur bəzən də. Bizi biz edən xüsusiyyətlərdir
hər birisi. Sahib olduğumuz dəyərlər belə bir başqasının
arzuladığı şeylər ola bilər.
Əslində heyran olunan dəyərlər deyil, bu dəyərlərə sahib
ola bilən şəxsiyyətin özüdür. Bəzən bir gülün arxasından
qaçarkən ayağımızın altında əzilən kiçik çiçəklərin fərqinə
varmırıq. Yenə də həyat bizə şanslar verər və olduğumuz
yerin nə qədər
[1] 2 >>
Cəmi 2152 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 35 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024