Bir insanın yaxşılığı | Hekayələr
Geniş Kitabxana
Bir insanın yaxşılığı
Soyuq bir qış gecəsində evə dönərkən,
sərxoşa bənzəyən bir adam gördüm. Bir sağa bir sola
çapalayırdı və yanındakı dirəyə sarılmışdı.
Bir vitrinə baxırmış kimi edərək göz ucuyla onu seyr
etdim. Yaşı 30-dan çox olardı.
Ona tərəf bir az daha yaxınlaşdım. Üstü-başı son dərəcə
təmiz idi.
Yanından keçən bəzi kəslər, yüksək səslə danışaraq içki
içmənin pisliyindən bəhs edir, bəziləri də lağ edib
gülürdülər.
Yavaşca yanına gedib:
— Yaxşısınızmı? -deyə soruşdum. Bir ehtiyacınız varmı?
Dodaqlarından, iniltiyə bənzəyən tək bir söz çıxdı:
— Xəstəyəm!..
Yerə yıxılmaması üçün, bir qolumu belinə dolayaraq taksi
gözləməyə başladım.
Axşam vaxtlarında kəsilən qar təkrar yağmağa başlamış
və yavaş-yavaş
buzlanmağa başlayan yollarda, bir-biriylə yarışan küçə
itlərinin xaricində bir həyat əlaməti qalmamışdı.
Avtomobil tapmaqdan ümidimi kəsdiyim sırada, yanımda
bir taksi dayandı.
Sürücüyə vəziyyəti izah edərək tələsməmiz lazım
olduğunu söylədim.
Xəstəmizi arxa kresloya yatırdaraq xəstəxanaya apardıq
və köçürülən sistem qurtarana qədər başında gözlədik.
Növbətçi həkim, xəstəni heç olmasa donmaqdan
qurtardığımızı ifadə edir, gənc adam isə,
hələ danışa bilmədiyi üçün, bizə baxıb gülümsəməklə
kifayətlənirdi.
Sürücü də yanımda idi. Xəstəmiz bir müddət sonra özünə
gəldi.
Onu təkrar avtomobilə mindirib evinə apardıq.
Xəstəmizin yoldaşı, onun tez-tez şəkər komasına girdiyini
bildiyindən dəhşətli
bir çaxnaşmaya düşmüşdü və oğulunu da götürərək
küçəyə çıxmışdı.
Bizi görüncə qaçaraq yanımıza gəldilər və böyük bir
sevinc içində qucaqlaşdılar.
Saatlarla sürən yorğunluğumuzdan əsər belə qalmamış,
bizə necə təşəkkür
edəcəyini çaşan o ailənin xoşbəxtliyi qarşısında
gözlərəmiz dolmuş idi.
Əllərimizə sarılaraq bizi yola saldıqlarında, sürücüdən
“Borcum nə qədərdir?” -soruşdum.
Başını yelləyərək:
— Borclu deyil, Borc verənsən Dostum!.. -dedi.
Çünki belə bir yaxşılığa məni də ortaq etdin.
Amma bəlkə də iyirmi ildir ağlamağı unudan bir adama bu gözəl
duyğunu xatırlatdığın üçün, borc verən vəziyyətə düşdün.
O mərd adamla qucaqlaşıb ayrılarkən, gecənin ayazını
hiss etmir və evimə piyada dönmək istəyirdim.
Kim bilər? Bəlkə də yolumun üzərində, köməyimi
gözləyən bir insan daha tapa bilərdim..
Cemi 829 nefer oxuyub
Beyen(290) | Beyenme(104)
Paylaş:
Hekayələr

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Yuxu Yozmaları, Burc-il Yoxla, Doġum gununu hesabla, Ideal cekini hesabla, Imtahan nəticələrini hesabla, Mətni Fərqli Yaz, X - O Oyunu, Dama Oyunu, Online Sehr, Youtube Video Yuklə, Online Hesablayıcı, Mp3 Məlumatını Dəyiş, Lazımlı Programlar, Silinmiş şəkillərin geri qaytarılması

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018