Bes sonra? | Hekayələr
Geniş Kitabxana
Bes sonra?
Çox zəngin bir biznesmen dəniz sahilində yerləşən kiçik
bir qəsəbədə istirahət edirdi. Bir gün sahildə gəzən
zaman gözü kiçik bir balıqçı qayığına sataşdı. Qayığı
sahilə tərəf gətirən cavan bir oğlan qayıqdan düşərək
onun ipini sahilə basdırılmış dəmir parçasına bərkitdi.
Biznesmen qayığa tərəf yaxınlaşanda gördü ki, içərisində
bir neçə balıq var. O, cavan oğlana “Tutduğun balıqlar
çox gözəl və keyfiyyətli balıqlardır.” dedi. Cavan oğlan da
biznesmenə xoş sözlərinə görə təşəkkür etdi. Daha sonra
biznesmen davam etdi:
“Bu balıqları tutmaq üçün nə qədər vaxt sərf etdin?”
“Təxminən bir-iki saat.”
“Onda nə üçün bir neçə saat da qalıb daha çox balıq
tutmadın?”
“Tutduğum balıqlar mənim bir günlük ehtiyacımı ödəyir.”
“Bəs qalan vaxt nə iş görürsən?”
“Uşaqlarımla oynayıram, günorta bir qədər yatıram,
həyətdəki bağda işləyirəm, dostlarımla söhbət edirəm,
qısacası çox sakit və xoş bir həyatım var.”
Bizmesmen öz savad və təcrübəsinə güvənərək lovğa
şəkildə “Mən biznes sahəsində böyük təcrübəyə malikəm
istəyirsənsə sənə kömək edə bilərəm” dedi. Sonra da
tövsiyələrinə başladı:
“Əvvəla balıq tutmağa daha çox vaxt sərf etməlisən və pul
qazanmalısan. Sonra daha böyük bir qayıq alaraq daha
çox pul qazanmalısan. Daha sonra isə ondan da böyük
bir qayıq almalısan.”
“Bəs sonra?”
“Sonra tutduğun balıqları alverçiyə satmaq əvəzinə
konserv fabriklərinə birbaşa özün satmalısan. Nəhayət öz
kosnerv fabrikini qurmalısan. Beləcə həm malı, həm malın
emalını, həm də satışını öz nəzarətində saxlayarsan.
Təbii ki, bunun üçün sahildə yerləşən bu kiçik qəsəbədən
böyük şəhərə köçməlisən. Sonra daha böyük şəhərə
köçməli və işini böyütməlisən.”
“Bu işlər nə qədər vaxt aparar?”
“15-20 il”
“Bəs sonra?”
Biznesmen gülümsəyərək cavab verdi:
“İşin ən gözəl hissəsi bundan sonra başlayır. Vaxtı
çatanda şirkətinin səhmlərinin bir hissəsini xalqa satırsan
və bu yolla milyarder olursan.”
“Hmm…bəs sonra?”
“Sonrası məlumdu də, təqaüdə çıxırsan. Təqaüdə
çıxdıqdan sonra sahildə yerləşən kiçik bir qəsəbəyə köçürsən. Orada nəvələrinlə
oynayır, günortalar yatır, həyətində olan bağda işləyir və
dostlarınla söhbətləşirsən.”
Balıqçı bu sözləri dinlədikdən sonra biznesmenə ömür
boyu unutmayacağı bu sözləri dedi:
“Sizin dediyiniz bu sakit və xoşbəxt həyatı mən indi, yəni
gəncliyimdə yaşayıram. Bunun üçün illərlə gözləmək nəyə
lazımdır?”
Cemi 750 nefer oxuyub
Beyen(276) | Beyenme(83)
Paylaş:
Hekayələr

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Whatsapp+, Instagram+, Youtube+, mahni indir, pulsuz oyunlar, lazimli programlar, android dunyasi, pulsuz yuklemeler, romantik sekiller, qizlarin sirri, qadin dunyasi

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018