Damdan aşağı | Hekayələr
Geniş Kitabxana
Damdan aşağı
O, uca binanın damından aşağı baxırdı. Sevgilisi Əli dünən
avtomobil qəzasında ölmüşdü. Əli 10 ilin idmançısı , yeni
yaranmış rock qrupun başçısı idi. Bir neçə universiteti
bitirmiş və öz biznesini qurmuşdu. Əgər Ayselə desəydilər
ki , sabah Eifel qülləsini Tokyoya aparacaqlar, o inanardı.
Amma desəydilər ki, sabah Əli öləcək, Aysel gülümsəyib
deyərdi “ Deyəsən siz mənim sevgilimi yaxşı tanımırsınız
– ölüm özü ondan qorxur”. Lakin Əli ölmüşdü. Aysel də
onun yanına hazırlaşırdı. O uzundaban ayaqqabılarını
çıxarıb damın qırağına yaxınlaşdı. Son məktubunu
anasının yastığının üstünə qoymuşdu. Yazmışdı ki, Əlinin
yanına gedir. Hər zaman çıxdıqları damdan. Əli ilə bu
dama tez-tez çıxardılar. Birlikdə şəhərin gözəl
mənzərəsinə saatlarla tamaşa edib danışardılar. İndi Əli
yoxdu. Əlisiz Ayselin də həyatı ola bilməzdi. Çantasını
qırağa qoyub damın kənarına çıxdı. Diqqətlə aşağı baxdı ,
insanlar nöqtə kimi görünürdü. Onu sevgilisindən cəmi
bircə addım ayırırdı. Elə o addımı atmaq istəyəndə sol
tərəfdə nə isə bir qaraltı gördü. Bu başqa bir qız idi.
Saçları səliqə ilə yığılmış mavi köynəkli bir qız. O
ağlayırdı. Deyəsən o da özünü atmaq istəyirdi. Qız Ayseli
görüb bir addım da kənara yaxınlaşdı. Aysel də özünü
atmaq istəyirdi. Amma bu qız.. Bu qız.. Onun burda
olması yersiz idi..Əgər polis gəlib desəydi ki, “özünü
atma” Aysel o dəqiqə tullanardı. Əgər Valideynləri desəydi,
fikirləşmədən atılardı. Bu qız da nə isə desəydi Aysel
özünü öldürəcəkdi. Amma o heç nə demirdi. O Ayseli elə
bil ki, heç görmürdü. Başı özünü atmağa qarışmışdı.
Aysel gücünü toplayıb tullanmağa hazırlaşdı. Amma
yox..Alınmır..Heç cürə fikrini toplaya bilmirdi. O qız ..O
qız..!! Növbəti dəfə Aysel cəhd edəndə qız qışqırdı: - Axı
niyə ? Ay Allah niyə ? Rahat ölmək də olmaz?! Burada da
insanlar mənə mane olur ?!!! Aysel diksinib geri çəkildi.
Görəsən o qız niyə özünü öldürmək istəyir? Niyə ? Bu
Ayseli maraqlandıran sonuncu şey idi. Ona görə soruşdu:
- Sən niyə özünü öldürmək istəyirsən ? Qız Ayselə tərs-
tərs baxıb dedi : - Sənə qalmayıb. Sən kimsən ki, mənə sual
verirsən. Özü də mənə mane olursan. Sən burada olanda
özümü ata bilmirəm. Mənim sevgilim dünən avtomobil
qəzasında ölüb. Mən də onun yanına gedirəm. Aysel
çaşdı. Bu xəbər onu doğrudan da təəccübləndirdi. Ola
bilməzdi! Belə təsadüf ola bilməz. Aysel dedi : - Mənim
də sevgilim dünən avtomobil qəzasında ölüb. Qız ona
diqqətlə baxıb ağzı açılı qaldı: - Ola bilməz. Dünən
avtomobil qəzasında bir nəfər ölüb o da mənim Əlim.
Aysel bir addım geri çəkildi. Bütün bədəni əsməyə
başladı. - Necə yəni ? Sən niyə bu dama çıxmısan? Niyə
məhz bu dama? Qız əlini üzünə tutub ağlamağa başladı.
- Biz Əli ilə həmişə bu dama çıxardıq. O mənə yenicə
yazdığı mahnıları oxuyardı. Bəsdir məni saxlatdın – bu
sözləri deyib qız bir addım da kənara yaxınlaşdı. Onda
Aysel qızın əlindən tutub onu geri çəkdi: - Dayan bir
dəqiqə. Nə mahnıları? Sən kimdən danışırsan? Qız dizləri
üstə yıxıldı, saçları üzünə töküldü. Sakitcə dedi: - Mən
Əlidən danışıram. Mənim sevgilim Əlidən. Onun rok qrupu
var idi- Fırtına. Mənə də mahnı yazmışdı, “Leyla”…mənim
adım Leyladır. O həmişə mənə bu mahnını oxuyardı.
Ayselin gözləri doldu: - Ola bilməz! Əli mənim sevgilimdir.
Onun Fırtına qrupu var. Amma Leyla mahnısını heç kimə
yazmayıb. Leyla dedi: - Bağışla, bilirəm sən kimsən,
amma görürəm ki, sənin özünü öldürməyə səbəbin daha
çoxdu. Sən dəlisən!!! Əli mənim sevgilimdir. Bu üzüyü də
o mənə verib. Bir ay əvvəl nişanlanmışdıq. Aysel
dözməyib ağlamağa başlayır. Hadisələrin bu qədər
qarışıq bir vəziyyətə gəlməsini o təsəvvür edə bilməzdi. -
Necə yəni ? Bir ay əvvəl o İstanbula getmişdi. Mən özüm
onu yola salışdım. Leyla kinayə ilə gülümsədi : - Biz
İstanbulda nişanlanmışıq. Amma görürəm ki, o Bakıda da
boş durmayıb. Mənim sevglimi əlimdən almaq istəyirdin?
Bilə- bilə ki, onun nişanlısı var yenə də onunla gəzirdin ?
Aysel dedi : - Əli, mənim sevgilim idi. Amma hər şey çox
qarışdı. Nə isə bir səhv baş verib. Neçə il onu
tanıyırsan ? Leyla: - Üç il tamam olacaq. Biz həftənin cüt günləri bu dama çıxardıq. Tək günləri işə
gedəri. Aysel : - Mən də onunla bir ildir tanışam. Onunla
tək günlər görüşürdüm. Cüt günlər güya işi var idi. Amma
əslində səninlə görüşürdü! O bizim ikimizi də aldadırdı.
Leyla : - Əclaf !!! Keçən həftə demişdi ki, yeni mahnı
yazmaq istəyir adı “Aysel” . Sənin adın nədi ? Aysel başı
ilə təsdiqlədi. Leyla dedi : - Deməli ikimizlə də oynayırdı.
Əclaf! Mən də ona görə özümü atmaq istəyirdim. Alçaq!!
Yalançı ! Fırıldaq! Deyirdi ki, evlənəcəyik .Özü də sənin
kimi qızlarla fırlanırdı. Leyla damın ortasında oturub
dizlərini qucaqlayıb ağlamağa başladı: - Hhh..hhh …
Həmişə belə olur. Gözəl oğlanlar sadəlöv qızları aldadır.
Necə ona inanırdım? Elə bilirdim ki, ən yaxşı oğlan odur.
Elə bilirdim ki, sevir məni. Amma əslində yalançının biri
idi. O mənə layiq deyildi. Zibil ..Yaxşı oldu, öldün. Yaxşı
oldu sənə..Məni oyuncaq kimi oynadırdın. Aysel də
hönkürüb ağlamağa başladı. Bir anın içində bir illik
sevgisi nifrətə çevrilmişdi. O Əliyə nifrət edirdi. Əli ona
layiq deyildi. Onu aldatmışdı. Zibil yerinə qoymuşdu.
Aysel göz yaşlarını silib ayağa qalxdı. Sonra Leylaya
baxıb dedi: - Axmaqlıq eləmə ! Özünü atma ! O buna
layiq deyil ! Sonra çantasını götürüb yavaş –yavaş
pilləkənləri enməyə başladı. Addım səsləri getdikcə
uzaqlaşıb blokun sükuta qarışdı. Bir az da gözləyəndən
sonra Leyla gözlərini silib gülməyə başladı. Bu an
telefonuna zəng gəldi. - Alo - Alo Nərgiz , haradasan,
qızım ? - Damdayam, ata . Binamızın damında. - Nə
edirsən orada ? Düş gəl evə . - Heç , quşlara baxırdım.
İndi gəlirəm. Nərgiz telefonu bağladı. Əslində Nərgiz bu
binanın sonuncu mərtəbsində qalırdı. Hər dəfə damlarına
kimsə çıxanda evlərindəki çilçıraq əsirdi. Nərgiz bir ildən
çox idi ki, eyvanlarında oturub, həmişə damlarına çıxan
iki gəncin söhbətini dinləyirdi. Onlar Nərgizi tanımasalar
da Nərgiz onlara çox bağlanmışdı. Dünən televizorda
Əlinin öldüyünü eşidəndə bildi ki, Aysel yenə bu dama
qalxacaq. Qalxacaq ki, özünü atsın. Ona görə Nərgiz belə bir nağıl fikirləşdi. Düzdü, Əli yaxşı oğlan idi. Damlarında
oxuduğu mahnılar da, Ayselə dediyi sözlər də, danışdığı
əhvalatlar da çox maraqlı idi. Amma Ayselin yaşaya
bilməsi üçün o Əliyə nifrət etməli idi. Ayseli güclə də
damdan qırağa çəkmək olardı. Amma o bu yenidən
dənəyərdi. Alınana qədər. Bu nağıldan sonra isə o bir də
özünü öldürmək istəməz. O daha Əliyə görə ağlamayacaq.
Onun yanına getmək istəməyəcək. Həyatını yenidən
başlayıb Əlini kiçik bir səhv kimi unudacaq. Bəlkə belə
daha yaxşıdır ? Bəlkə itirməkdənsə nifrət etmək daha
yaxşıdır ? Bilmirəm. Bircə onu bilirəm ki, bəzən
tanımadığımız insanlar bizə bizdən də yaxın olur
Cemi 671 nefer oxuyub
Beyen(206) | Beyenme(81)
Paylaş:
Hekayələr

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Whatsapp plus yukle, Instagram Plus yukle, Youtube Plus yukle, mahni yukle, mp3 yukle, azeri klipler, turk klipleri, sekiller, pulsuz mesaj, pulsuz internet, mp4 videolar, kitabxana, online, online tercume, Qarışıq Məqalələr, Şeirlər, Cinsəllik (+18), Hekayələr, Nusrət Kəsəmənli, Qəmli Notlar, Evlilik Mərasimi

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018