Balığın hekayesi

Balığın hekayesi


Bir kişi dəniz sahili ilə gedirdi. Birdən uzaqda balaca bir
uşağın sahildən nə isə götürüb dənizə atdığını gördü.
Yaxınlaşanda gördü ki, bütün dəniz sahili balaca
balıqlarla doludur. Yəqin səhərki güclü külək onları sahilə
çıxarmışdı. Uşaq da bir-bir balıqları götürüb dənizə atırdı.
Amma bütün sahil bu kiçik balıqlarla dolu idi.
Kilometrlərlə sahəni kiçik balıqlar doldurmuşdu.
Milyonlarla balıq. Bunu görən kişi uşağa dedi:
- Niyə bu balıqları suya atırsan?
Uşaq cavab verdi
- Səhər güclü dalğalar onları quruya atdı indi dəniz
sakitdi, əgər axşam əsəcək küləyə qədər onları suya
atmasam balıqlar öləcək.
Kişi qışqırdı:
- Axı bu axmaqlıqdır. Bir ətrafına bax? Burda milyonlarla
balıq var. Sənin əziyyətin heç nəyi dəyişməyəcək.
Uşaq əyilib yerdən növbəti balığı götürdü və dedi:
- Yox, mənim əziyyətim əlimdəki balıq üçün hər şeyi
dəyişəcək.
Sonra balaca balığı dənizə atdı.
BİZ HƏR GÜN DÜNYANI XİLAS EDƏ BİLƏRİK. ÇÜNKİ HƏR
GÜN BİR İNSANI XİLAS EDƏ BİLƏRİK. HƏR İNSAN DA BİR
DÜNYADIR.
Cəmi 2208 nəfər oxuyub
Bəyənən (535) | Bəyənməyən (320)
Dostlarınla Paylaş

Saytda 62 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023