Emellerimizin aynası, heyat

Emellerimizin aynası, heyat


Ata oğul ovalıqda gəzməyə çıxmışdılar.Birdən uşaq
nəyəsə ilişib yıxıldı və ağrıdan qışqırmağa başladı.Bir
qədər sonra uzakdakı yamacdan da eyni səs eşidildi.
Uşaq təəccübləndi.Bu səsin haradan gəldiyini öyrənmək
üçün üzünü yamaca tutub:
”Sən kimsən”? - deyə soruşdu.
Qarşı tərəfdən də yenə “Sən kimsən?” – deyə cavab
gəldi.
Bu dəfə uşaq dözə bilmədi və “Sən qorxaqsan!” – deyə
qışqırdı.
Yamac da, “Sən qorxaqsan!” - deyə cavab verdi.
Uşağın təəccübü birəbeş artmışdı.
Bunu görən ata üzünü yamaca tutdu və “Sənə
heyranam!” – deyə qışqırdı.
Yamac da, ”Sənə heyranam!” – deyə cavab verdi.
Ata yenidən qışqırdı:
“Sən ən böyüksən!”
Gələn cavab yenə də “Sən ən böyüksən!” idi.
Uşaq diqqətlə atasına baxır,ancaq hələ də nə baş
verdiyini başa düşə bilmirdi.Nəhayət atası izah etməyə
başladı:
“Oğlum, insanlar buna əks-səda deyirlər!
Ancaq əslində bu,həyatdır.
Həyat həmişə sənə sənin verdiklərini qaytarır
Bir sözlə həyat, bizim əməllərimizin aynasıdır.
Əgər daha çox sevgi vermək istəyirsənsə, daha çox sev!
Əgər daha çox şəfqət istəyirsənsə, daha şəfqətli ol!
Daha çox hörmət istəyirsənsə, daha çox hörmət et!
Başqalarından səbir tələb edirsənsə, sən onlardan daha
səbirli ol!
Bu həyatdır və həyatda təsadüflərə yer yoxdur”.
Cəmi 2168 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 154 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024