Sevgi Allahın öz ruhundadır | Qəmli Notlar
Geniş Kitabxana
Sevgi Allahın öz ruhundadır
Sevgi Allahın öz ruhundandır və O görmək istədiyi həqiqi
sevgini öz yanında əbədiləşdirər.”
Dərdli dünyamın dərd ortağı, ən yaxın dostum olan
gündəliyi açdım və yenə hislərimi paylaşmaq istəyi ilə
yazmağa başladım:
“Bəzən sənsizlikdə boğuluram. Sanki, bir dənizdəyəm,
qurtuluşum gözlərindir. Yox, yox, elə o gözlərindi məni
içinə alan. Bir anlıq baxışın belə yetir məni bu dünyadan
ayrmağa. Sevirəm səni, özümdən xəbərsiz. Sənsizlik
cismimə yox, ruhuma ağırlıq verir. Çox zaman elə
düşünürəm ki, sən mənimsən, sən də sevirsən məni
məndən xəbərsiz. Xəyallarda yaşayıram mən.
Reallıqlardan qaçıram, arxama baxmadan. Sanki o reallıq
məni öldürmək istəyən bir varlıq, mən isə kiçik qəlbli,
ürkək bir sevgi. Səni arzularda yaşadan, sənsizliyi qəbul
etməyən biri.Bəzən yaxalayır bu gerçəklər məni,incidir,
sənsizliyi düşünməyə vadar edir. Nə deyim sevgilim, səni
ölümünə sevirəm”
Yenə halım dəyişdi. Dağıldı beyin hüceyrələrim. Otağımın
küncünə sıxıldım, əllərimlə başımı sıxıram. Sanki dəli
olacam, sanki kimsə böyük əlləri ilə qəlbini tutub sıxır.
Çəkə bilmirəm qanlı əllərini üstümdən. Qışqırmaq
istəyirəm bir anlıq. Amma bacarmıram, başlayıram səssiz
ağlamağa. Çox utanıram məni biri duyacaq deyə. Bu
zaman bir zəng gəlir telefonuma.Güclə baxıram telefona,
odur, sevdiyimdir. Bilmirəm nə edim. Ay Allah, ürəyim
duracaq indi. Özümü bir təhər əla alıb cavab verirəm
zəngə:
“Alo. Salam Ayid. Necəsən?”
Səsim tutulur,bir şey deyə bilmirəm, yenidən başlayıram
ağlamağa. Amma bu dəfə sevicdən.
“Alo, alo. Nə olub sənə?”
Özümü ələ alıb
“Sağ ol, sən necəsən? Yaxşı. Vaxtın varsa uşaqlıqda
oynadığımız parka gələ bilərsən? Əlbəttə”
deyib, sağollaşıram. Bir tərəfdən yenə onu görəcəyəm
deyə qəlbimdə sevinc, digər tərəfdən sonra daha çox
darıxacam deyə kədərlə başlayıram hazırlaşmağa. Söz,
bu dəfə hər şeyi etiraf edəcəyəm ona. Bir qızılgül alıb
yollandım həmən parka. Ora yaxınlaşanda bir anlıq
dondum. Onun yanında bir oğlan var idi. Çox səmimi
dayanmışdılar. Arxamda gizlətdiyim qızılgülü əlimlə sıxmağa başladım. Əllərimdən qan
damlaları süzülürdü. Sanki ürəyimi tərəənüm edrirdi o
damlalalar. Məni gördülər və əli ilə məni çağırmağa
başladı. Sanki dizlərim tutulmuşdu. Bir təhər özümü yığıb
onlara tərəf irəliləməyə başladım. Yaxınlaşdım,
salamlaşdıq. Fidan biraz tutuq səslə oğlanı göstərərək:
“Tanış ol, nişanlımdı” dedi. “Səninlə tanış olmaq üçün çox
israr etdi, mən də buraya gətirdim” dedi. Nəsə özü də
kədərli gösənirdi. Dünyam dağılmışdı, bilmirdim nə edim.
Sadəcə gülümsədim. Sonra sözünə davam etdi:
“Bilirsən Ayid, neçə vaxtdı səninlə bir şey haqqında
danışmaq istəyirdim. Mənim balaca bacım varaa Ayan ,
necə deyim bilmirəm, əslində neçə illərdir səni sevir.”
Birinci şokdan aylmamış ikinci zərbəni aldım. Qəlbim bu
ağırlığı necə qalxızacaqdı. Bir təhər dayanmışdım.
Sözünə bele davam etdi:
“Bilmirəm ona qarşı nə hiss edirsən, sadəcə səndən xahiş
edirəm, get bizə, biraz onunla söhbət elə. Neçə aydır
depressiyadadaır, ailəm də çox narahatdır. Bu qədər pis
olmasaydı, heç səninlə danışmazdım. Həm də atam deyir
ki, köhnə qonşularım üçün darıxmışam, Ayidə de ki, bu
yaxınlarda gəlsin bizə.”
Artıq nəfəs belə ala bilmirdim.Başımla razılıq eliyib, sağ ol
deməmiş, başladım ordan qaçaraq uzaqlaşmağa. Evə
necə gəldiyimdən xəbərim də olmadı.
Və 3 gün otağımda keçən əzablı günlərdən sonra bayıra
çıxdım və onlara getdim. Qapını döydüm, anası açdı.
Salamlaşdıq, əli ilə Ayanın otağını göstərdi. Qorxu ilə
yaranan ürək döyüntülərimlə yaxınlaşdım ora. Qapını
açmaq istəyəndə birdən başladı qışqırmağa: “Rədd olun,
heç kimi görçək istəmirəm” .
Açdım qapını, məni görcək təəccüblə mənə baxdı,
gözlərini çəkmədi bir müddət və birdən hönkürtü ilə
başladı ağlamağa. Qorxmuşdum,bilmiridim nə edim.
Əlindən tutdum,öz əllərim əsirdi. O isə ağlayırdı. Birdən
ürəyi getdi, tez anasını çağırdım. Səs küy, ürpəridici
qışqırıqlar. Həkim çağırdılar, nəhayət özünə gəldi. Hamı
orada idi. Mən isə Fidandan gözümü çəkə bilmirdim. O
artıq kiməsə aid idi, bu isə mənə inanılmaz əzablar verirdi. Anası mənə balkona çağırdı və
dedi ki:
“O səni görəndə ağır bir şok yaşayıb, bir müddət bura
gəlməsən daha yaxşı olar.”
Sağollaşıb ayrıldım ordan.
Dözülməz çətinliklərlə dolu olan 3 ay ötdü. Bir an olsun
belə Fidanın həsrəti, Ayanın isə mənə olan sevgisi
ağlımdan, beynimdən çıxmırdı. Neçə dəfə ölməyi
düşündüm, amma onu belə bacara bilmirdim.
Bir gün səhər zəng gəldi telefonuma, Fidanın nişanlısı idi.
Görüşmək istədiyi bildirdi. Razılaşdım. Dediyi yerə
gələndə dəhşət pis görünürdü. Salamladıq. Tutqun,
boğuq bir səslə yalnız bunlari dedi:
“Fidan əslinə səni sevir. Bizi ailələrimiz nişanlayıb. Çox
pisdir, günlərdi otağından çıxmır. Qorxuram, ona bir şey
olar. Nə qədər mənə ağır olsa da onunla danışmağını
istəyirəm.”
Beynim tutuldu. Təəccüblü idim. Amma qəlbimin bir
hissəsində isti bir sevinc vardı. Sağollaşdım. Bilmirdim nə
edim. O nişanlıdır axı. Necə mən də onu sevdiyimi deyə
bilərdim. Artıq düşünmək məni dəli edirdi. Qərara aldım,
onlara gedəcəm. Onu dəlilər kimi sevdiyimi söyləyib,
xoşbəxtliklər diləyib ayrılacam ordan. Və heç vaxt birdə
Bakıya qayıtmayacam.
Yola düşdüm, evlərinə yaxınlaşanda dəhşətə gəldim.
Çoxlu insan vardı evlərində. Hamı ağlayırdı, qışqırıq
səsləri insanı ürpədirdi. Evlərinə tərəf qaçdım. Daxil
oldum. Anası məni görcək üstümə cumdu və ağlaya-
ağlaya:
“Rədd ol alçaq burdan, rədd ooooool. Sən balamı aldın
əlimdən.”
Dəli oldum, nece yani balamı. Ağlıma nəsə Ayan gəldi.
Anasını itəliyib, içəri qaçdım. İnsanların arasında Ayanı
axtarırdım. Yox,yox Ayan ayaqüstündə idi axı. Necə yani,
onda niyə insanlar ağlayır ki? Donmuş halda bir neçə
dəqiqə yerimdən tərpənmədim. Nəsə hadisələri anlaya
bilmirdim. Birdən “Fidaaaaaaan” deyərək ağlamağa
başladım. Yox, yox ola biməz. Tanrım, məni al, amma ən
dəyərlimi alma, yalvarıram...
Dəli olmuşdum, sanki hər kəs üstümə gəlirdi. Nə qədər
çalışsam da ayaqlarım tərpənmirdi yerindən. Birtəhər
özümü ələ alıb, Fidanın otağına tərəf irəliləməyə
başladım. İnsanlar çox idi, heç nə görə bilmirdim. Onları itəliyib otağa daxil
oldum. Aman Allaah,yox bu ola bilməz. Sanki
havalanmışdım. Fidanım yerdə qanlar içində uzanmışdı.
Əlləri kə -kə idi. Ona tərəf qaçdım, başını
qucaqladım, hönkürtü ilə ağlayırdım. “Həkim çağırın, tez
olun, yalvarıram, həkim çağırın” deyə qışqırırdım. Amma
hamı təəccüblə üzümə baxırdı,deyəsən mən də qəbul
etməliydim onun ölümünü. Sevgim qollarımda idi. Mən
isə onu bir daha heç vaxt görə bilməyəcəm deyə
buraxmaq istəmiridim. Ayıra bilmirdilər məni. Əlində bir
kağız parçası gördüm. Bunlar yazılmışdı:
“Mən bacımın bədbəxliyi üzərində xoşbəxtliyimi qura
bilmərəm. Ayid səni hərşeydən çox sevirəm və səni əbədi
dünyada gözləyəcəyəm.”
Artıq nəfəs ala bilmirdim. “Niyə, Allahım, niyə sevgimi
tapan zaman əlimdən aldın. Yox, yox, mən daha yaşaya
bilmərəm. Onunla qovşmalıyam.”
Son dəfə yanağından öpdüm və pəncərəyə tərəf
yaxınlaşdım. Yerə baxdım, hər şey o qədər kiçilmişdi ki.
Və əlvida dünya....
2006-ci il. Bakı yaxınlıqda, yaşıllıqlar içində bir məzar
vardı, iki gəncin məzarı. Hələ ora neçə illər həqiqi
sevənlərin and yeri, sevib qovuşa bilməyənlərin dərd
ortağı olacaqdı. Məzarın üstündə bu sözlər yazılmışdı:
“Sevgi Allahın öz ruhundandır və O görmək istədiyi həqiqi
sevgini öz yanında əbədiləşdirər.”
Cemi 1287 nefer oxuyub
Beyenen (440) | Beyenmeyen (148)
Paylaş:
Qəmli Notlar

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Bedava indir, Bedava, Porno Bedava, indir Bedava, hot porno indir, sexy video indir, bedava porno indir, porna indir., video indir, türbanli porno, porno video, ucretsiz porno, Porno izle, tamil sex tube, www.you tüp, seks partisi porno, BASE64, URL-RFC1738, URL, CONVERT, DECHEX, MD5, CRC32, HEBREV, CRYPT, STR ROT13, STR REV, HEX, SHA1

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018