Axı nə verəcək bu sevgi bizə... | Nüsrət Kəsəmənli
Geniş Kitabxana
Axı nə verəcək bu sevgi bizə...
Sən oyaq görürsən yuxunu hələ,
Yatdınmı?…
Qorxulu həqiqət gəlir,
Sən mələk bilirsən çoxunu hələ,
hələ ki, şeytanlar üzünə gülür…
Düşmüsən gözümə gur işıq kimi ,
Gözlər var, işıqdan qamaşa
bilmir.
Əyyaş var yaşayır sarmaşıq kimi,
Sevən var, ömründə sarmaşa
bilmir…
Aydın gözlərində duru göz yaşı…
Vaxt gələr, fəryada bulana bilər…
Qayıt!…
Ətəyindən boşalt bu daşı,
İlan xislətini unudan qolum
Amandır, boynuna dolana bilər…
Kül altında yatan ocaq kimiyəm,
Sən mənim ömrümə əsən bir
külək…
İndi, vaxtsız gələn qonaq
kimiyəm,
Ancaq öz kisəmə göz dikəm
gərək…
Üfüqə baş qoyur mürgülü günəş,
Bu günün sehirli gecəsi gəlir.
Qoşa sərnişinlə səyyar evlərtək
Sahilə gizlincə dönən maşının
Gör necəsi gedir,
Necəsi gəlir…
Mənə nə desələr indi yeri var,
Hər baxış qəlbimə sancılan
oxdur.
Hər düşən axşamın bir səhəri
var…
Bizim gecəmizin səhəri yoxdur…
Axı nə verəcək bu sevgi bizə ?!
Nə qədər gec deyil, get evinizə…
Cemi 910 nefer oxuyub
Beyenen (265) | Beyenmeyen (94)
Paylaş:
Nüsrət Kəsəmənli

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Mp3 Axtar, Video Axtar, Şəkil Axtar, Android Dunyası, Lazımlı Linklər, Ekskluziv Programlar, Maraqlı Bolmələr, Mobil Filmlər, Geniş Kitabxana, Dini Məqalələr, Qadın Dunyası, Burclərin Sirri

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018