Biri olacaq tebii | Qəmli Notlar
Geniş Kitabxana
Biri olacaq tebii
Onu hər görəndə sıxacam özümə, öpəcəm, çox
danışdırmayacam çünki maraqsızdı danışdıqları. Mənim
adamım deyil o. Tamam başqa mühitdə böyümüş birisi.
Sığallayacam, əzizləyəcəm. Gündə 213412 dəfə 'səni
sevirəm' deyəcəm ona. Hərdən yadıma düşəndə mesaj
yazacam ki, onu atdığımı düşünməsin. Yazdığı mesajları
isə bütün işlərimi bitirəndən sonra oxuyacam və axot
olsa cavab yazacam. Məndən nələrsə xahiş edəcək
həmişə mənim isə yadımnan çıxacaq eləmək.
Saatlarca birlikdə olacayıq, O nələrsə danışacaq mən isə
qulaq asar kimi gülümsəyəcəm. Fikrim isə tamam başqa
yerlərdə olacaq. Hətta "day niyə gülürsənki?" ya da "sual
verdimee sənə" kimi şeylər də eşidəcəm tez-tez.
Bayramlarda, ad günlərində çoxlu hədiyyələr alacam ona.
İnternetdən araşdırıb baxacam ki, qızların ən xoşuna
gələn hədiyyələr nələrdi və onları alacam. O sevinsin
deyə. Çünki ancaq bunu verə biləcəm ona…
Heç vaxt inciməyəcək mənnən… Ağlayacaq tez-tez.
Qucaqlayıb "mən nəsə eləmişəm yenə?" deyəcəm o isə
"yox, səninlə bir əlaqəsi yoxdur birdənəm mənim, hər şey
yaxşıdı. Sadəcə bayaq kinoya baxdım, çox təsirli idi"
deyəcək yalannan.
Sənin haqqında heç nə bilməyəcək. Sadəcə qızıma sənin
adını qoyanda qəribə-qəribə baxacaq mənə. Amma etiraz
etməyəcək, halbuki o tamam başqa bir ad qoymaq
istəyirdi qızımıza.
Məni çox sevəcək amma. Ona qarşı olan diqqətsizliyimi
hiss edəcək qədər həssas olmasına rəğmən məni sevdiyi
üçün susacaq. Ömür boyu dözəcək mənə.
SƏNİ SEVDİYİM QƏDƏR SEVƏCƏK MƏNİ…
Cemi 1206 nefer oxuyub
Beyen(396) | Beyenme(181)
Paylaş:
Qəmli Notlar

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Whatsapp+, Instagram+, Youtube+, mahni indir, pulsuz oyunlar, lazimli programlar, android dunyasi, pulsuz yuklemeler, romantik sekiller, qizlarin sirri, qadin dunyasi

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018