Saxta sevgi

Saxta sevgi


Bir gün bir oğlanın əsgərlik vaxtı çatdığından sevgilisini
son görüşə, vida görüşünə çağırır.
Qızla bir az söhbət etdikdən sonra vidalaşma vaxtı çatır.
Oğlan qızdan bir şəkil götürərək əsgərliyə yollanır. Bir
müddət sonra qızdan oğlana məktub gəlir:
"Əzizim... Sən əsgərliyə getdikdən sonra mən bir oğlan
gördüm və ondan çox xoşum gəldi.
İndi onunla birlikdəyəm. Bu məktubu sənə, səndən artıq
ayrıldığımı bildirmək üçün yazdım.
Birdə, son görüşümüzdə məndən götürdüyün şəkili geri
göndərsən yaxşı olardı. Əlvida..."
Oğlan bu məktubu oxuduqdan sonra,əsgər yoldaşlarında

qədər qız şəkli varsa hamısını toplayıb və bir məktub
yazaraq göndərir qıza. Məktubda:
"Əzizim.. Həyatımda o qədər qız var ki, nə qədər
fikirləşdimsə sənin kim olduğun yadıma düşmədi.
Bu şəkilləri sənə göndərdim ki, özün öz şəklini seç
qalanlarını da göndər gəlsin..."
Cəmi 2438 nəfər oxuyub
Bəyənən (614) | Bəyənməyən (418)
Dostlarınla Paylaş

Saytda 150 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023