Güneşi gördüm | Hekayələr
Geniş Kitabxana
Güneşi gördüm
29 iyun 2009-cu il. Axşam saat 21:00.
Denizkenarında görüşdük. Gözlerime inanmırdım: gelmişdin!
Dediyini etmişdin: Evden qaçmışdın.
“Bes xalana ne yalan uydurdun?” soruşdum.
“Ne ferqi var, gel gedek gezek, sabaha qeder seninleyem” dedin...

Ve belece nağıl başladı...
XXI esrde, dünyanın xırda bir ölkesinin neft tankerleri dolaşan paytaxtında nağıl başlayırdı...
Yatsaydım yuxuma da girmezdi.

Ne qeder dolaşdığımızı bilmirem, birce onu bilirem ki, yorulub oturmuşduq. Denizin lepelerine qulaq asırdıq. Birden boynumu qucaqlayıb gözlerimi örtdün. “Yene ne var, ay deli?” soruşdum.
Boynumdan öpdün. “Artıq ayın 30-dur. Sevgililer günün mübarek, canım!” dedin.
Gözlerim ya sevincden, ya da sevgiden yaşarmışdı... İndiyecen şirin-şirin çox öpüşmüşdük, amma o ankı öpüşe sanki Tanrının gönderdiyi ilahi şeker de qarışmışdı...

Kinolent kimi bir-bir gözümün önüne gelir sehere qeder keçirdiyimiz anlar. Bakının küçeleri qan ağlayırdı elimizden... Saatlar keçdikce şeher daha berk yuxuya gedirdi, biz ise taksi sürücülerinin “bunlar delidirler” baxışları altında möhkemden güle-güle dolaşırdıq. Neçe skameykada oturduq, seher tezden işe gedecek neçe yazığı möhkem gülüşümüzle yuxudan oyatdıq, Allah bilir...
Qovulmuşlar kimi, ne sen eve gede bilerdin, ne men seni evimize apara bilerdim. Biz ev uşağı deyildik, biz olmuşduq avara küçe uşağı... Ve ya sen dediyin kimi “ditya lyubvi”- sevgi uşaqları...

Saat 5-de bizim evin yanına çatdıq. Qonşu yeddi mertebeli binanın damına çıxdıq. Büzüşmüş göyerçinlerle hörmetle salamlaşıb sakitce eyleşdik bir küncde... Sen başını sineme qoymuşdun, Men de seni seherin ayazından qorumaq üçün berk-berk qucaqlamışdım... Gülmekden nefesimiz kesilmişdi. Taqetimiz qalmamışdı...

Pıçıltı ile başımızın üstündeki buludlarla danışırdıq...
Bir azdan güneşin ilk şefeqleri göründü... Uşaq kimi sevinmeye başladıq... Söhbete tutduq Güneşi. O böyüdükce bizim de gücümüz artırdı... Daha üşümürdük, daha ac deyildik...
Güneş tam görünende “Güşeşi gördük...” pıçıldadım. Üzüme maraqla baxıb soruşdun: “Mahsun Kırmızıgülün çekdiyi “Güneşi gördüm”e baxmısan?
“Aha, super bir filmdir” dedim. Tez de elave etdim, isteyirsen bugün birlikde baxarıq. Sahil bağının yanında bir yer tanıyıram, istediyin filme ikilikde kinoteatr kimi baxmaq olur...
***
Üstünden bir il keçib. Bu bir ilde başımıza neler gelmedi ki. Neler yaşamadıq ki...
Sevgi, gülüş, ayrılıq, keder, ezab, iztirab, boğaza çıxan qeher... Bunlar ne senden, ne de menden eskik oldu...
Aylarla süren susqunluq...
Bir neçe gün önce de nişanlandığını öyrendim...
Demek ki, nağılın sonu geldi. Göyden 3 alma düşmeden...
Amma men ele inanırdım ki, bu nağıl xoşbext sonluqla bitecek...
***

Bilirsen, dünen bütün gece gözüm telefonda qaldı...
Senin mesajını gözleyirdim. 1 il önce saat 00:00 olan kimi boynumu qucaqlayıb “Sevgililer günün mübarek, canım” demişdin. Amma indi Senden ne ses geldi, ne soraq. 1 il önce Sen bütün günü, bütün geceni yanımda idin, amma indi Rusiyanın uzaq Sibirinde yaşayırsan neçe aydır...
1 il önce menim idin. Bes indi kiminsen?...

Acılar parçaladıqca içimi, dözmedim. Telefonumdakı bütün qızlara “Sevgililer günün mübarek, canım!” yazdım... Düşünürdüm, bu yolla intiqam alaram senden. Cezalandıraram. Amma olmadı. İşgenceni sene yox, özüme vermiş oldum.
Daha kifayetdir.
Evdekilere “gec gelecem” deyib, çıxdım hemin qonşu 7 mertebenin damına. Elimde de 2 qutu Davidoff... Esgerlikden gelenden ilk defe idi dükandan siqaret alırdım...

Saat 01:30
Zeng etdim nömrene. Her zaman olduğu kimi bağlı idi...
Bir il önce and içmişdik: gelen il bu vaxt yene bu dama çıxacağıq deye...
Amma indi ne Sen vardın, ne keçen ilki göyerçinler.

Yalnızca men ve nikotin dumanı...

Sehere qeder vaxtın vardı...

Sevirsense gelmeli idin...

Güneş çıxana qeder...

Sebirle gözledim. 1 il önce Sen yanımda idin deye saatlar nece keçmişdi heç hiss etmemişdim, amma indi her saniyeni bele hiss edirdim – narahat üreyimin çırpıntılarında...

Saat 03:20
Yadıma zastava esgeri olduğum günler düşür. Onda da gece saat 4-den 8-e kimi çiynimde avtomat zastavanın heyetinde dolaşa-dolaşa seherin doğuşunu gözlerdim... Ferq yalnızca bu idi ki, onda güneşin doğumunu sebirsizlikle gözleyirdim, amma indi...

Seherecen gözledim.
Gelmedin...

Ve nehayet.
Saat 6:26
Güneşi gördüm...
Cemi 985 nefer oxuyub
Beyen(334) | Beyenme(86)
Paylaş:
Hekayələr

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Hamilelik ve analıq, Hamiləliyə hazırlıq, Hamiləlik təqvimi, Doğum hekayələri, Doğumdan sonra, Korpə və ona qulluq, Uşaqlar və tərbiyə, Valideynlərə məsləhət, Ana və uşağın ev məktəbi, Metbex, Salatlar və qəlyanaltılar, Duru yeməklər, Quru yeməklər, Duzlu xəmir işləri, Şirin xəmir işləri, Tortlar, Pecenyelər, Kompot, kokteyl, dondurma, Konservləşdirilmiş məhsullar, Uşaq yeməkləri, Şef master, Muxtəlif, Heyat terzi, Səyahət, Hobbi, Evim - İnteryer, Edəbi guşə, Adət-ənənələr, Praktiki məsləhətlər, Mutləq bilməlisiniz, Avtomobil, Yuxuyozmalar, Ordan-burdan, Muxtəlif

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018