Keçmişdəki kimi... | Qəmli Notlar
Geniş Kitabxana
Keçmişdəki kimi...
Sabah ad günümdür...yaşımın üstüne yaş gelmesine 2 saat var.Bu iki saatı sebrsizlikle gözlemekdense,yatmağı seçdim...
Seher açıldı ve bu günün diger günlerden bir xüsusiliyi yox idi.Beli , bir xüsusiliyi yox idi,seni gördüyüm ana kimi.Yene sessiz küçelerin birinde gezirdim...gözüme köhne bir konserv qutusu sataşdi ve men azyaşlı uşaq kimi oynuyurdum o qutuyla sanki...Onu sekinin bir terefinden o biri terefine ataraq başımı qatırdım.

Sanki bu sıxıcı günü yola vermeye bir behane artarırdım ve bu qutu da yegane çıxış yolum idi.Sene rast gelenedek...

"Helede bu verdişini tergitmemisen?!" - sesin geldi qulağıma.İlk olaraq yeqin mene bele gelir,başımı qaldırıb görmüyeceyem seni düşüncesi geldi ağlıma, amma yenede hemişeki kimi üreyim qalib geldi ve men baxanda o şirin simanı gördüm...gözlerime inanmazdım amma bu sen idin.
Heçne olmamış kimi qucaqladın,öpdün meni.İnan ki heyatımda bele surpriz görmemişdim.Üreyimin döyüntüsü sesini eşitmeye mane olurdu, amma onu da başa düşmek lazımdı,axı heyecanlıdı...

Mene deyişmisen dedin,gülüşün,baxışın deyişib dedin.Amma sen heç deyişmemişdin,evvelki "heyatım" idin.Evvelki baxış, şirin gülüş ve evvelki öpüş. Yenede inanmadım gerçekliyine bu anın, belke "sır kapısıdı?" dedim.Amma inanmamaq da olmurdu.Eger yalan olsaydın,xülya olsaydın çoxdan yoxa çıxmışdın.Amma sen helede menimle idin...Elinden berk-berk tutmuşdum ki çıxıb getme şansın olmasın.Xoşbextlikden zaman da dayanmışdı sanki...

Sanki bu bir videolent, "kinofilm" idi ve kimse onu yavaşladırdı.Çox qeribedir, amma sen geri döndün.Unutduğunu, vefasız olduğunu düşündüyüm sevgilim döndü.Çox xoşbextem inan ki, bu hissleri ifade edecek bir söz yoxdu mence.
Bütün günümü seninle keçirdim...

KEÇMİŞ GÜNLERDEKİ KİMİ...

Metroya mindik, insanla dolu vaqonda mene ele gelirdi ki, bir sen idin, birde men...

KEÇMİŞ GÜNLERDEKİ KİMİ...

Yene guya qulağına söz demek meqsedi ile daha da yaxınlaşıb sene yanağından öpürdüm...

KEÇMİŞ GÜNLERDEKİ KİMİ...

Artıq axşam olmuşdu ve seni evine yola salmaq vaxtı idi.

Keçmişdeki kimi yene sağollaşdığımız yere geldik.Öpüb, qucaqladın meni, mense şüphelendim bir az ve sanki keçmişdeki kimi bunun son görüş olduğunu düşünüb delicesine qucaqlayıb öpdüm dodaqlarından...dönüb getdin...amma men gözümü çekmedim senden...son gedişin olduğundan şüphelenirdim çünki,gözleyirdim,göresen keçmişdeki kimi geriye qayıdıb qucaqlayacaqsan meni,yoxsa son gedişinde olduğu kimi arxana baxmadan gedeceksen...
Getdin...mense qanadı qırılmış quş kimi geriye...evime qayıtmağa başladım.Artıq şüphem qalmamışdı bu son gedişin idi..Yox, yanılmışdım, ümidlerim üzülerek qemlenib yoluma davam ederken bir el toxundu mene, baxdım bu sen idin.Qucaqladın meni ve "ömrüm" sabah görüşmek ümidiyle dedin...KEÇMİŞDEKİ KİMİ...

Sevincimden eve nece qayıtdığımı bilmirem, amma bir de baxdım ki evdeyem, qapını açıb içeri daxil oldum, qonaqlarla görüşmeden otağıma qaçdım ve gizletdiyim şekilini çıxarıb masamın üstüne qoydum...KECMİŞDEKİ KİMİ...

Axı artıq sen qayıtmışdın.Bu an telefonumun sesi eşidildi, sevindim...düşündüm ki sensen ve "alo" deyen kimi "ne tez unuduldum?bir sms yazmaq bu qeder çetindi ömrüm?!" deyeceksen.Telefonu elime götürdükde zengin sesi gelse de kimin zeng etdiyi görşenmirdi.Get-gede ses yükselirdi.Qulağımı cingildeden bu ses telefonumdan gelmirdise,bes hardan gelirdi...!
Telefonumdan gelirmiş.
..19.12.10 saat 23:58...
Zeng edense sen deyildin...KEÇMİŞDEKİ KİMİ...

Yaxın dostum idi,ad günümü ilk o tebrik etmek isteyibmiş.Menimse en gözel ad günüm ve en gözel hediyyem cemi 2 saatlıq bir yuxuymuş...göresen men ne vaxtsa xoşbext olacam...?!

KEÇMİŞDEKİ KİMİ...
Cemi 1158 nefer oxuyub
Beyen(338) | Beyenme(150)
Paylaş:
Qəmli Notlar

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Silent.Az, Tatli.Biz

Qadın ve cemiyyet, Tanınmış qadın simalar, Huquq və qadın haqları, Qadın və din, Qadın və texnologiya, Qadın və təhsil, Şəxsi inkişaf, Fitnes ve pehriz, Pəhriz (diet), Arıqlama sirləri, Şəxsi təcrubə, Fitness, Sellulit, Arıqlama vasitələri, Kokəlmə sirləri, Sağlamliq, Sağlamlıq xəbərləri, Qadın xəstəlikləri, Duzgun qidalanma, Xalq təbabəti, Aroma və fitoterapiya, Kontrasepsiya və abort, Menstruasiya, Masaj
Tatli.Biz | Silent.Az

[sitemap xml][sitemap html][ror xml][urllist]
©Tatli.Biz 2010-2017