Əsgərdən sevgilisinə məktub

Əsgərdən sevgilisinə məktub


Füzilinin adsız yüksəkliyindən sənə yazıram.Sevgimiztək uca olan zirvədən yazıram,əllərim donub,soyuqdan özümü hiss etmirəm amma səni düşündükcə bədənimə sanki bir istilik gəlir.İsti nəfəsindən ötrü elə darıxmışamki.
Gülüm,yəqin indi yatmısan.Gecədir artıq amma mən söz verdiyim kimi səni,ailəmi,vətənimi qoruyuram.
Göylərə baxıb,ulduzlara bənzədiyini,buludtək kövrək üzünü,utancaq baxışlarını xatırlayıram.Gözlərimin içinə baxadan,başını əyərək,utanaraq sakitcə “səni sevirəm” dediyin günü düşünürəm.Bilsən o günü necə xöşbəxt idim.Səni bağrıma basmaq istəyirdim amma sən utandığından qaçıb getmişdin.
Əlinin soyuqlugunu duyanda isitdiyim o əllərdən ötrü elə darıxmışam.İndi sənə aid məktubda hər cümlə yazdıqca mənim də əllərim isinir.
Əimi üzümdən çəkə bilmirəm.Əsgərliyə gedəndə üzümdən öpməyin sanki hər saniyə xəyalımdadı amma gözündən yaş axdığını görmüşdüm.Niyə ağladın ki?
Ağlama.Səbr elə.Qayıdacam.Qayıdıb,göz yaşlarını kirpiklərimlə siləcəm.
Sənsiz həyatım qarın altında qalmış boynu bükük bənövşə kimidi.
Ümid et. Bu ayrılıq keçicidir,sonunda biz bir olacayıq.
Əgər birdən...birdən qayıtmasam,dönməsəm belə qəbrimə gəlib ağlama...Məzarımı öp,qucaqla amma ağlama...
Atışma səsi eşidildi.
3 gün sonra məktub qıza qan damlası şəklində çatdı.
Cəmi 3919 nəfər oxuyub
Bəyənən (759) | Bəyənməyən (666)
Dostlarınla Paylaş

Saytda 105 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024