Mənalı hekayə | Hekayələr
Geniş Kitabxana
Mənalı hekayə
Bir gün okeanda yol alan bir gəmi qəzaya düşərək batır. Gəmidən sağ xilas olan adamı, dalğalar kiçik, kimsəsiz bir adaya qədər sürüyür.

Adam ilk günlər özünü qurtarmasını üçün ALLAHa yalvardı və kömək taparam ümidiylə üfüqə baxdı. Amma nə gələn oldu, nə gedən…

Daha sonra küləkdən, yağışdan və zərərli heyvanlardan qorunmaq üçün ağac budaqlarından və yarpaqlardan bir daxma etdi. Sahildə tapdığı, gəmidən arta qalan konserv, kompas kimi əşyaları bu daxmaya qoydu.

Günlər həmişə eyni şəkildə keçirdi. Balıq ovlayır, bişirib yeyir və üfüqü müşahidə edir, özünü qurtarması üçün ALLAHa dua edirdi. Bir gün şirin su gətirmək üçün yürüyüşə çixdı və geri döndüyündə daxmasının alovlar içində yandığını gördü. Tüstü, rəqs edə edə göyə yüksəlirdi. Başına gələ biləcək ən pis şey idi bu.
Kədər və hirs içində dondu qaldı. İndi bu kimsəsiz adada, başını soxa biləcəyi bir daxma belə qalmamışdı. "ALLAHım, bunu mənə necə edə bildin?" deyə fəryad etdi. O gecəni kədər və üzüntü içində keçirdi. O qədər dua etdiyi halda, başına bu hadisə gəldiyi üçün ALLAHa sitəm etdi.
Ertəsi səhər erkən saatlarda, adaya yaxınlaşmaqda olan bir gəminin fit səsiylə oyandı!
Əldən düşmüş adam özünü qurtaranlardan soruşdu

"Mənim burada olduğumu necə anladınız?"
Cavab onu həm çaşdırdı, həm də utandırdı:
"Tüstülə verdiyiniz işarəni gördük!"

Bəzən başımıza gələn pis hadisələr ALLAHın bizə bir lütfü ola bilər..
Odur ki,hər şeyə səbr edib, şükr etmək lazımdır..Hər işdə bir xeyir var..
Bizim üçün ən yaxşısın ALLAH bilir..
Cemi 1133 nefer oxuyub
Beyenen (283) | Beyenmeyen (109)
Paylaş:
Hekayələr

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Pulsuz yuklemeler, free games, sohbet, qizlar, pulsuz whatsapp, whatsapp indir, instagram indir, youtube indir, bedava porno, bedava dinle, indir, azeri sarkilari, turk sarkilari, Yeni Oyunlar, Kohne Oyunlar, Top Oyunlar, Browser ve Internet, Sosial Şebekeler, Eylence

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018