Ağıllı qoca

Ağıllı qoca


gəldi. Sevincdən, şadlıqdan hamı İbrahimi atıb-tuturdu. Padşah İbrahimi çağırtdırıb dedi:
-Oğul, şərtimiz şərtdir, ancaq de görüm, bu fikir, bu tədbir sənin ağlına haradan gəldi?
İbrahim dedi:
-Şah sağ olsun, bu mənim tədbirim, hünərim deyil. Cavanlar nə qədər ağıllı olsalar da, qocalara, onların müdrik nəsihətlərinə, məsləhətlərinə ehtiyacları var. Biz bütün qocaları göz bəbəyimiz kimi qorumalıyıq. Onları qurda-quşa yem etməməliyik. Bütün insanları xilas edən bu tədbiri mənə öyrədən atam oldu.
İbrahim bütün əhvalatı olduğu kimi padşaha nəql etdi. Camaat heyrətlə qulaq asırdı. Padşah əmr etdi:
-Bu saat qocanı bura gətirin.
Camaat sevinclə dağa tərəf yüyürdü. Qocanı təntənə ilə şəhərə gətirdilər. Şah xəzinəsinin yarısını İbrahimə verib murdar adəti ləğv elədi. O gündən öz əcəlləri ilə ölənə qədər qocalara hörmət və qayğı göstərildi. Qocaların sevinci yerə-göyə sığmırdı.
<< 2 3 [4]
Cəmi 2499 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 69 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024