Donuza çiyin vermək

Donuza çiyin vermək


Zamanın birində kiçicik tarlası olan bir kəndli varmış. Çox təəssüf ki bu kəndlinin, tarlasından başqa heç bir şeyi yoxmuş. Misir əkərmiş. Gübrəni, dərmanı həmişə borcla götürdüyü üçün başı dərddən, çətinlikdən heç xilas olmazmış. Tək ümidi, məhsul mövsümüymüş. Misirini yığacaq, satacaq və borclarını ödəyəcəkmiş. Deyərkən o günlər gəlib çatmış. Kəndlidə bir sevinc bir sevinc. Borclarından xilas olacaq ya, sevincdən yuxuları belə qaçırmış. Amma gəlin görün ki, misirinə bir donuz dadanmış. Donuz bu, haldan anlamır ki. Kəndli təlaşlanmış və kəndin qocalarına məsləhətləşmiş.
"Nə edib etməli də bu donuzdan xilas olmalı?" deyə fikir soruşmuş.

Kəndin irəli gələnləri müxtəlif ağıllar vermişlər kəndliyə. O da kisəsinə ən uyğun olanı etməyə qərar vermiş. Tarlasının ortasına böyük bir çuxur açmış, üstünü də qarğıdalı saplarıyla bağlamış. Guya donuz gecənin bir vaxtı gələcək və bu çuxura düşəcək! Kəndli də donuz bəlasından xilas olmuş olacaq. Yazıq kəndli yorğun-arğın evinə getmiş çuxuru qazdıqdan sonra. Və o yorğunluqla yuxuya getmiş. Yuxusuna girmiş çuxur. Gecənin bir yarısı yatağından atılmış.
"Gedib bu çuxura baxım. Görəsən donuz içinə düşdümü?" deyərək evindən çıxmış.

Ətraf zülmət qaranlıq. Dalğınlıq bu ya. Çuxuru axtararkən özünü, çuxurun içində tapmış. Çox keçmədən eyni səhvi donuz da işləmiş və o da çuxura düşmüş. Kəndli və donuz qarşı-qarşıya gəldiklərində sinirlə bir-birlərinə baxmışlar. Lakin donuzun geri geri gəlib sürətlə hücum etməsi lazım olurmuş. Çuxurda o qədər yer olmadığı üçün qaçmağı, çuxurdan çıxmağı sınağa başlamış. Bir tullanmış çuxurdan çıxa bilməmiş, iki sıçramış çıxa bilməmiş. Kəndli də elə qorxmuş ki düşünməyə başlamış. İndi demiş
[1] 2 >>
Cəmi 2415 nəfər oxuyub
Bəyənən (652) | Bəyənməyən (393)
Dostlarınla Paylaş

Saytda 38 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023