Qəfil zəng

Qəfil zəng


Gecə saat 3idi.Qəfil zəng səsi Əmrahı yuxudan oyatdı.Birtəhər yatağından qalxıb, dəstəyi götürdü: “Bəli, buyurun.” Telefondan yaşlı qadın səsi eşidildi: “Axşamın xeyir oğlum.Necəsən? Mənəm, anandı.” Əmrah əsəbi halda soruşdu: “Ana, bu nə vaxtın hal-əhval tutmağıdı?! Səhər zəng edə bilməzdin?” Anası cavab verdi: “Deyəsən, narahat etdim səni oğlum?” Əmrah: “Narahat etdin də sözdü, şirin yuxudan oyatdın məni.”Ana peşman halda cavab verdi: “Oğlum düz otuz il bundan əvvəl gecənin bu vaxtı sən məni yatmağa qoymadın, Şirin yuxumu pozdun.Və mən səni dünyaya gətirdim.Amma zərrə qədər də kimsəyə şikayət etmədim.Əksinə, səhərə qədər yatmağına tamaşa etdim.Oğlum, ad günün mübarək.Elə bunu demək istədim.” Əmrah sanki, bir anlığa özünə gəldi. Səhəri gün neçə ildən bəri görmədiyi anasının görüşünə getmək qərarına gəldi.Səhər saat 9da doğma evlərinə daxil oldu.Ana səhər süfrəsinin arxasında yuxuya dalmış, və elə ordaca ruhunu tapşırmışdı.Artıq ağlamağın faydası yox idi.Hər şey gec idi.
Son səfər

Qəfildən Hüseynin halı pisləşdi.Artıq evinə gələ bilməzdi.Həyat yoldaşını və uşaqlarını qoyub getməli idi.Səssiz, səmirsiz...Xanımı və uşaqları yalvardılar: “Nə olar, getmə.Nə olar, sənsiz yuvamız dağılar, getmə.”Hüseyn nəinki onlara cavab vermir, hətta arxasına belə baxa bilmirdi.Balaca “ Ayşənin atacan getmə”deməsi də onu yoldan saxlaya bilmədiostları və qohumları gözüyaşlı uşaqlara təsəlli vermək üçün evə qayıtdılaredilər: “Çox üzülməyin.Bu iş hamının başına gələ bilər”.
Hüseynin həyat yoldaşı evin bir küncünə çəkilib ağlayır: “Bundan sonra onsuz nə edəcəyəm?Amma o, bir daha geri dönməyəcək.Axı tabutla gedənlər, daha geri dönmürlər.”
Yağış
Cəmi 2463 nəfər oxuyub
Bəyənən (655) | Bəyənməyən (431)
Dostlarınla Paylaş

Saytda 151 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024