Arsız

Arsız


Gənclikdə çox qızın qəlbini ovsunlayan mənalı baxışlarını, hündür qamətini, gülər üzünü sönük baxışlar, əyilmiş qədd, kədərli sima əvəz etmişdi.O qədər də yaşlanmamışdı əslində dəyişməsinə səbəb yaşıyla əlaqəli deyildi.Kimsə bilmirdi dərdini.Əksinə, çox insan onu dərdsiz-qəmsiz, “arsız” biri hesab edirdi.Ən yaxın qohumları da onun haqqında belə düşünürdü.Son günlərdə tamamən özünə qapılıb, kimsəyə qarışmayanda arxasınca deyirdilər:”Gör, özünü necə dartır?Uşaqlarını evləndirdi, canı rahatdır artıq.Kimsəni də saymır.Özündən başqa heç kimi fikirləşmir.Eqoistin biridir o.”Bəlkə də haqlıydılar.Gəncliyində istədiyi hər arzusuna çatmış, bu dünyada bir istəyi qalmamışdı.İndi də öz həyatını yaşayırdı.Günlər keçir, adam daha çox özünə qapanır.Yaxınları isə ona baş çəkmək haqda düşünmürlər də.Əksinə, gəncliyindəki kimi indi də onun gəlməsini, yaxınlarını ziyarət etməsini gözləyirlər.O gəlməyincə isə yenə də ardınca deyinirdilər.Sanki söz-söhbətləri bitmişdi hər kəsin.Bir neçə ay keçdi. Cümə günü idi.Adam qəfil vəfat etdi.Həmin gün səhər bütün qohumlarına baş çəkmiş, sonra evinə gəlmiş, nahar edib yatağına uzanmışdı ki, bir az dincini alsın. sonra yuxuya getdi və...bir daha oyanmadı..

Adamın övladları uzaq yerdə yaşadıqları üçün dəfni bir gün gözlətdilər.Səhəri dəfn edib evə qayıdanda, yalnız o zaman yaxın qohumları onun həyatında baş verənləri öyrəndilər.Uzun müddət onlardan niyə uzaqlaşdığını, heç kimi “saymamasının”, ailəsindən başqa kimsəylə ünsiyyətdə olmamasının səbəbini...

Bir neçə il əvvəl müayinə olunarkən həkimdən xərçəng xəstəsi olduğunu eşidəndə inanmaq istəməmişdi.Bu barədə ailə üzvlərinə də demədi.Əvvəlcə özünü alışdırmalıydı onu sarsıdan
[1] 2 3 >>
Cəmi 2440 nəfər oxuyub
Bəyənən (618) | Bəyənməyən (413)
Dostlarınla Paylaş

Saytda 67 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024