Boşanmaq qərarı

Boşanmaq qərarı


rol oynayıb. Xüsusilə qadınlar bu faktoru daha çox önə çəkiblər.

Sosiloqun fikrincə, istər nikahların bağlanması, istərsə də pozulmasına insanların yaşadıqları dövr, həmin dövrün siyasi, iqtisadi, mənəvi-psixoloji amilləri böyük təsir edir. Məlum olub ki, respondentlərin böyük əksəriyyəti (27,5%) 2004-2007-ci illər arasında və 1987-1990- cı illər arasında (19,2%) ailə həyatı quranlardır. Boşanmalar da 2006-2011-ci illərdə daha çox olub.

Mərkəz rəhbərinin sözlərinə görə, evlilik həyatının uğurunu və uğursuzluğunu səciyyələndirən amillərdən bir də evlilik illəridir. Elmi ədəbiyyatda bütün ölkələr üzrə ailə həyatı üçün dörd dövr təhlükəli hesab olunur. Bunlardan birincisi nikahdan sonrakı ilk aylar, yəni bal ayının sonları, ikincisi, qeyri-sabit olan ailə həyatının üçüncü ilinin sonudur. Ailə həyatı üçün üçüncü təhlükəli dövr problemsiz və monoton keçən 7-ci ilin sonunda, sonuncusu isə evliliyin kifayət qədər inkişaf etmiş bir dövründə - 15-ci ilə təsadüf edir. Mütəxəssislər hər altı cütlükdən birinin bu dövrlərdə ailə problemi ilə üzləşdiyini qeyd edirlər. Tədqiqatın nəticələri zamanı da bu fərziyyənin özünü doğrultduğu görünür. Respondentlərin 36,1 faizi məhz evliliyin ilk üç ilində, 21,3 faizi isə 10-12 ilində nikahlarını pozublar.

Süleymanlı deyib ki, boşanmış cütlüklərin təhsil fərqləri də olur. Boşanmış qadınların keçmiş həyat yoldaşları arasında ali təhsillilərin sayı daha çoxdur.

Sosioloqun fikrincə, ər-arvadın təhsil fərqi istər-istəməz bu amilin sonrakı dövrdə anlaşmazlığın bir səbəbi kimi ortaya çıxma ehtimalını gücləndirir. Boşananlar arasında Bakıda doğulanların sayı çoxluq təşkil edir. Bu isə onu göstərir ki, şəhər mühitində böyüyən insanların problemlərə dözümlülüyü nisbətən zəif
<< 1 [2] 3 4 >>
Cəmi 2622 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 100 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024