Boşanmaq günahdır ya cəza? | Evlilik Mərasimi
Geniş Kitabxana
Boşanmaq günahdır ya cəza?
Ailə dağıdan kişilərin əksəriyyəti
özünə bir sıra amillərlə haqq
qazandırır və bunun doğru
addım olduğuna həm özlərini,
həm də çevrələrini inandırmağa
çalışırlar.


Boşanma. Təlaq. Halal olan, amma
Allahın bəyənmədiyi bir addım.
Ailələrini tərk etməkdə özlərini
rahatlatmaq istəyənlər adətən
ən ilkin bununla özlərinə təskinik
tapmağa çalışır. Amma əslində
isə bu, ən sonuncu addımdır. Bir
kişinin öz ailə səadətindən
imtina etməsi, çox hallarda da
heç haqlı olmadığı halda ailə
dağıtmağa cəhdi özünü mənəvi
və psixoloji "intihar"dan başqa
bir şey deyil.
Ailə dağıdan kişilərin əksəriyyəti
özünə bir sıra amillərlə haqq
qazandırır və bunun doğru
addım olduğuna həm özlərini,
həm də çevrələrini inandırmağa
çalışırlar. Amma niyə? Əslində
belədirmi?
Bir çox belə ailələrini dağıdan
kişilərdən tanıyırıq. Onların çox
az, bəlkə də barmaqla sayılacaq
qədərini bu addımı atmaqda
haqlı, üzrlü hesab etmək olar.
Amma bu addım atılmalıdırmı?
Bu yerdə Ustad Şəhid
Mütəhhərinin bir fikrini zikr
edərdik: "İslam baxımından
nifrət edilən və istənməyən şey
ailə məşəlinin sönməsi və ailə
nizamının soyuqluğa tərk
edilməsidir". Ailə dağıdan kişilər
əslində bunun ilk məsuliyyətini
özündə görməlidirlər. Bu addımın
atılmasında bir sıra, həmçinin
əsaslı və üzrlü səbəblər ola bilər.
Amma qeyriləri, xüsusən də
inanca iddialı olanlar məgər
bilmirmi, bu addımı ilə Allahın
ərşini tərpədir?!
Nə olsun ki, günah olmayan bir iş
görür?! O qədər halal olan, amma
həyatda etmədiyimiz işlər var
ki...
Səbəblər hər nə olursa-olsun,
haqlı və ya haqsız Allahın ona
təslim və əmanət etdiyi varlığı,
həmin kişinin özünün namusu
olan qadını, ailənin digər mühüm
sütununu tərk etmək kişiyə
yaraşarmı?! Həyat yoldaşını
özünə arxa bilən xanımına arxa
çevirib onu amansız həyatın
ağuşuna atmaq yaraşarmı?! Bu
dəyanətli kişiyə yaraşarmı?
Boşanmağa addım atan kişilərin
bir çoxu özlərinin də fərqində
olmadığı iki şeydən qaçır:
məsuliyyət və iradə. İnsan olur
ki, bəzən özü haqqında qərarlar
verməkdə, addımlar atmaqda
çətinlik çəkir, o ki qala ailəsinin,
uşağının qayğıları ola. Bəzən
belələri elə durumlara düşür ki,
ona bu vəziyyət çıxışı olmayan
labirint kimi görünür. Məhz bu
anda məsuliyyət irəli çıxır.
Boşanmaların əsas səbəbi də
məhz bu kimi daha ciddi və
geniş problemlərdən şüuraltı
məsuliyyətdən qaçışdır. Daha
sonra da iradə(siz)lik “öz işini”
görür. Belə hallarda yaxşı olardı
ki, bu insanlar daha təcrübəli və
ağzıbütöv insanlardan çıxış
yolları üçün müraciət etsinlər,
vəziyyətdən çıxış yollarını
tapsınlar. Nahaq deyilməyib ki,
bir dərdin min bir dərmanı var.
Qalır insanın bu dərmanları
tanıması, tapması və
reallaşdırması. Boşanma isə
sadəcə müvəqqəti keyləşdirici
dərmandır. Ardından sonrakı
ağrıları isə sadəcə dərmansız
qalır. Gözüyaşlı qoyulan övladları
isə sadəcə ata tərəfindən şikəst
edilir.
Sonda demək istərdik ki, yaxşı
olar ki, kişilər, ümumiyyətlə, belə
addımın atılmasını özlərinə layiq
bilməsin və boşanmaya ən
“axırıncı” hərəkət kimi baxsınlar.
Cemi 1111 nefer oxuyub
Beyenen (375) | Beyenmeyen (152)
Paylaş:
Evlilik Mərasimi

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Hamilelik ve analıq, Hamiləliyə hazırlıq, Hamiləlik təqvimi, Doğum hekayələri, Doğumdan sonra, Korpə və ona qulluq, Uşaqlar və tərbiyə, Valideynlərə məsləhət, Ana və uşağın ev məktəbi, Metbex, Salatlar və qəlyanaltılar, Duru yeməklər, Quru yeməklər, Duzlu xəmir işləri, Şirin xəmir işləri, Tortlar, Pecenyelər, Kompot, kokteyl, dondurma, Konservləşdirilmiş məhsullar, Uşaq yeməkləri, Şef master, Muxtəlif, Heyat terzi, Səyahət, Hobbi, Evim - İnteryer, Edəbi guşə, Adət-ənənələr, Praktiki məsləhətlər, Mutləq bilməlisiniz, Avtomobil, Yuxuyozmalar, Ordan-burdan, Muxtəlif

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018