Su içməyin 40 səbəbi | Qarışıq Məqalələr
Geniş Kitabxana
Su içməyin 40 səbəbi
Yer küresinin 71 faizini, insan bedeninin ise texminen dördde üçünü teşkil eden su heyatımız üçün de çox vacibdir.Yer sethinin 71 faizini denizler, 25 faizini quru eraziler teşkil edir. İnsan bedeninin 25 faizi qatı maddelerden, 75 faizi ise sudan, mayeden ibaretdir. Beynimizin ise 85 faizi sudur.

Dünyanın yaradılmasından önce de su var idi ve yaradılış tamamlandıqdan sonra da ilk heyat su ile başladı.

Suyun heyatın en esas ünsürlerinden olduğunu bilirik. Sözü geden maddenin faydalarının gerçek menada üze çıxarılması istiqametinde görülen işlerin, aparılan araşdırmaların hemin günden sonra süretlendiyini bilirdinizmi?

İranlı hekim Doktor Firudin Batmangelc suyun bir çox xesteliklere derman olduğunu, insanın sehhetini yaxşılaşdırdığını hebsxanada qarşılaşdığı bir hadise neticesinde öyrenib: “1979-cu il İran inqilabı dövründe men siyasi mehbus kimi hebsxanada idim. Bir gün mehkumlardan birinin hebsxananın dehlizinde mede sancıları ile çapaladığını gördüm. Meni gören kimi: “Medemdeki yara meni öldürür”, - dedi. “Bu sancıları azaltmaq üçün ne etmisen?” - deye soruşduğum zaman: - Üç eded “Tagamet” ve bir şüşe antiasid qebul etmişem, amma bir tesiri olmadı, - söyledi”.

Doktor Batmangelc ezab çeken mehkuma qeyri-ixtiyari yardım etmek qerarına gelir ve ölümünün yaxınlaşdığını düşündüyü şexse iki stekan su içirir. Amma bir müddet sonra gördüyü menzere onu teeccüblendirir. Mehkum çox keçmemiş ağrılardan azad olur. O günden sonra Doktor Batmangelc suyun şefaverici tesiri üzerinde çalışmalara başlayır. Hebsxanada olduğu 2 il yarım erzinde 3 minden artıq mede xorası olan xeste mehkumu sağaldır. Tebii ki, derman kimi yalnız sudan istifade edir. Batmangelcin azadlığa buraxılmaq vaxtı çatanda, o, hebsxana müdirinden xahiş edir ki, bir müddet de zindanda qalması üçün ona icaze versin: “Men bir az daha mehkum heyatı yaşamaq isteyirem. Çünki araşdırmalarımın en vacib merhelesindeyem. Bu qeder xesteni dünyanın heç bir yerinde, bu şertler altında tapa bilmerem”.
Belelikle, Doktor Batmangelc bir müddet daha könüllü hebsxana heyatı yaşayır ve araşdırmalarını davam etdirir. Hekimin su ile bağlı keşfleri ilk olaraq İran Tibb Assosiasiyası terefinden yayımlanır.

Doktor Batmangelc “Xeste deyil, susuzsunuz” kitabında bedenimizin tam 40 sebebe göre suya ehtiyac duyduğunu açıqlayıb.

Hemin sebebler aşağıdakılardır:

1. Heç bir canlı susuz yaşaya bilmez.

2. Susuzluq evvelce bedenin funksiyalarını öz tesiri altına alır, sonra ise öldürmeye başlayır.

3. Su en vacib enerji qaynağıdır.

4. Su bedenin her hüceyresinde elektrik ve maqnit enerjisi istehsal edir, bize güc verir.

5. Su hüceyrelerin daxilindeki maddeleri bir-birine bağlayan yapışdırıcıdır.

6. DNK-nın zedelenmesinin qarşısını alan su onun berpa olunması mexanizminin daha yaxşı fealiyyetini de temin edir. Belelikle, yaranan anormal DNK sayı da azalır.

7. İmmun sisteminin bütün mexanizmlerinin merkezi sayılan sümük iliyini “xerçeng” de daxil olmaqla müxtelif xesteliklere qarşı güclendirir.

8. Bütün qidaları, vitaminleri ve mineralları parçalayan esas vasitedir. Su bedendeki qidaları kiçik hisselere ayırır, hezm olunmasında ve son metobolizma merhelesinde vacib rol oynayır.

9. Su qidalara enerji verir ve parçalanan qidalar hezm prosesi zamanı bu enerjini bedene ötürür. Susuz yeyilen yemeyin beden üçün heç bir enerji deyeri yoxdur.

10. Su qidalardakı lazımi maddelerin sorulmasını süretlendirir.

11. Bütün vacib maddelerin bedene yayılmasına yardımçı olur.

12. Ağciyerlerde oksigen toplayan qırmızı qan hüceyrelerinin fealiyyetini yaxşılaşdırır.

13. Hüceyreye çatan su hemin hüceyreye oksigen verir ve tullantı qazların bedenden kenarlaşdırılması üçün onları ağciyere daşıyır.

14. Su bedenin müxtelif bölgelerinden zeherli tullantıları toplayır ve onların xaric olunmaları üçün qaraciyere ve böyreklere daşıyır.

15. Su oynaq boşluqlarındakı esas yağlayıcı maddedir, artrit ve bel ağrılarının emele gelmesinin qarşısınıalmaqda yardımçı olur.

16. Dehidrasiya (bedenin heddinden artıq su itirmesi) oynaqlar, böyrekler, qaraciyer, beyin ve deride zeherli çöküntülerin toplanmasına getirib çıxarır. Su ise bütün bunların qarşısını alır.

17. Su bağırsaqları en yaxşı işleden yağlayıcı vasitedir.

18. İnfarktın ve iflicin qarşısını alır.

19. Ürekde ve beyin damarlarında laxtalanmanın qarşısını alır.

20. Bedenin soyutma (terleme) ve isitme (elektrik) sistemleri üçün evezolunmazdır.

21. Düşünmek başda olmaqla bütün beyin funksiyalarının normal işlemesi üçün bize güc ve elektrik enerjisi verir.

22. Uşaqlarda ve genclerde diqqetsizlik problemine müsbet tesir edir.

23. Semereli iş emsalını artırır ve diqqeti güclendirir.

24. Su dünyadakı diger bütün içkilerden daha rahat tapılır ve heç bir ziyanı yoxdur.

25. Stress, heyecan ve depressiyanın azalmasına kömek edir.

26. Su yuxunu tenzimleyir.

27. Yorğunluğun aradan qaldırılmasına yardım edir ve bize genclik enerjisi verir.

28. Üz derisini yumşaldır ve yaşlanmanın simptomlarının azalmasına kömek edir.

29. Gözlere canlılıq ve parlaqlıq verir.

30. Qlokomdan (göz xesteliyi) qorunmamıza yardımçı olur.

31. İlikde qan hüceyrelerinin artmasını süretlendirir, qan xerçenginin ve lenfoöma xesteliyinin qarşısının alınmasına kömek edir.

32. Su bedenin infeksiya ve xerçeng hüceyrelerinin yayılmaq ehtimalı olan bölgelerinde immun sistemini güclendirir.

33. Qanı durulaşdırır ve qan dövranı prosesinde laxtalanmanın qarşısını alır.

34. Ürek döyüntüleri ile birlikde qanı duruldur, dalğalandırır ve qan dövranı zamanı qatı maddelerin çökmesine imkan vermir.

35. Su içdikden sonra aclıq ve susuzluq hisslerini ayırd etmek mümkündür.

36. Arıqlamağın en doğru yolu su içmekdir. Rejimli şekilde su için ve pehriz saxlamadan arıqlayın. Aclıq hiss etdiyiniz zaman çox yemeyin, amma susadığınız zaman doyunca su için.

37. Su hamilelik zamanı ürek bulantılarını azaldır.

38. Zehni ve beden
funksiyalarını bütünleşdirir. Qerar vermek ve hedefleri müeyyenleşdirmek bacarığını artırır.

39. Yaşlandıqca yaddaşın zeiflemesinin qarşısını alır. Parkinson, skeleroz ve diger zehni xesteliklerin emele gelme ehtimalını azaldır.

40. Kofein, alkoqol ve bezi dermanlardan asılılığın aradan qaldırılmasına yardımçı olur.

Bir stekan suyun faydaları bunlardır.

Suyun yuxarıda sadalanan faydalarını oxuduğumuz zaman Qurani-Kerimde yer alan ayenin menasını daha gözel anlayırıq: “Canlı olan her şeyi sudan yaratdıq. Onlar hele de inanmırlar?” (el-Enbiya, 30).
Cemi 4067 nefer oxuyub
Beyen(715) | Beyenme(172)
Paylaş:
Qarışıq Məqalələr

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Whatsapp plus yukle, Instagram Plus yukle, Youtube Plus yukle, mahni yukle, mp3 yukle, azeri klipler, turk klipleri, sekiller, pulsuz mesaj, pulsuz internet, mp4 videolar, kitabxana, online, online tercume, Qarışıq Məqalələr, Şeirlər, Cinsəllik (+18), Hekayələr, Nusrət Kəsəmənli, Qəmli Notlar, Evlilik Mərasimi

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018