Hələ də sevirəm, sevirəm səni

Hələ də sevirəm, sevirəm səni


Günəşsən göylərdən
enməyəcəksən
Sənsiz nə çəkirəm bilməyəcəksən
Bilirəm bir daha dönməyəcəksən
Hələ də sevirəm, sevirəm səni.
Bu bahar könlümə qəmi,
Mən oldum dəryada yelkənsiz
gəmi,
Çiçəklər baharı sevdiyi kimi
Hələdə sevirəm, sevirəm səni.
Gedişin nə yaman agırmış, ağır
Qulağıma səsdir, adımı çağır
Üstümə qəm dolu yağışlar yağır
Hələdə sevirəm, sevirəm səni.
Gözlərim yoldadır qulağım səsdə
Ümidim çırpınır bir daş qəfəsdə,
Baş qoyub həsrətin qolları üstə,
Hələdə sevirəm, sevirəm səni.
Cəmi 2692 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 166 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023