Sənə sadəcə yalan danışdım | Hekayələr
Geniş Kitabxana
Sənə sadəcə yalan danışdım
Qonaqlıqda tanış olmuşdular. Qonaqlıqdan sonra oğlan qızı bir kafeye dəvət etdi. Birlikdə oturdular. Bir qəhvə istədilər. Oğlan çox həyəcanlı idi. Heç bir şeydən söhbət aça bilmirdi. Qız da bu haldan heç xoşlanmırdı. Ele buna görə də qız getmek üçün ayağa qalxdığı anda oğlan cəld qulluq edən oğlanı yanına çağırdı.
Ona "Mənə duz gətirə bilərsənmi?" dedi və elavə etdi "Qəhvəmə tökmək üçün..
" Qız ve xidmət edən oğlan təəccüblə ona baxdılar. Oğlan utandığından qıp-qırmızı oldu. Və gətirilən duzu qəhvəsinin üzərine səpələdi.
Ardından qızın təəccüblü baxışları altında danışmağa başladı:" Mənim uşaqlığım dəniz sahilinde keçib. Elə günüm dənizin içində keçirdi. Elə həmişə oralarda oynayardım. Dəniz suyunun dadı ağzımdan heç getmədi. Ailəm hələ də orada yaşayır.Bu səbəblə həmişə qəhvəmi duzlu içirem ki uşaqlığımı, o xoş günləri xatırlaya bilim...."
Oğlan bunları danışarkən gözləri yaşarmışdı. Qız da bu oğlanın ailəsi haqqda bu qədər fikirləşdiyini görürdü. Və fikrində əgər onunla ailə quracaq olsa onların haqqında da belə fikirləşəcəyini təxmin edirdi.
O gün orda hər şey yaxşı oldu. Onlar görüşməyə davam elədilər. Beləcə evləndilər. Xoşbəxt bir aile həyatı qurdular. Sevdilər və sevildilər. Kişi həmişə qəhvə istədikdə yoldaşı ona sevdiyi şəkildə"duzlu" qəhvə hazırladı. Beləcə ömürlərindən qırx il keçirdilər. Ve bir gün yaşlı ər öldü.
Ölməzdən əvvəl yoldaşına öldükden sonra açıb oxuması üçün bir məktub verdi. Yoldaşı o öldükden sonra məktubu açıb oxudu.
Orada belə yazılmışdı: "Sevgilim, xahiş edirem məni bağışla, bütün heyatımızı bir yalan üstüne qurduğuma göre məni bağışla. Sənə ömrümde bir dəfə yalan danışdım. O da duzlu qəhvə idi. Mən heç vaxt duzlu qəhvəni sevməmişdim. Amma o gün sənin meni terk edecəyini fikirləşərək həyəcandan çaşıb şəkər yerinə duz istədim. Və beləcə pərt olmamaq üçün o yalanı uydurdum. Bunu sənə həmişə danışmaq istədim amma həmişə səni itirəcəyimdən qorxdum. Amma heç vaxt peşman olmadım. Çünki bu yalan səni mənimlə birlikdə tutdu. Səninlə olmaq həyatımın ən böyük xoşbəxtliyi idi və mən bunu duzlu qəhvəyə borcluyam. Bir həyat boyu yenə səninlə bərabər olmaq istərdim bu mənə yenə duzlu qehvə içmeyime səbəb olsa da...
" Yaşlı qadının göz yaşları məktubu isladırdı... Demək ki, həqiqi sevginin xətrinə bir ömür boyu duzlu qəhvə içmək olarmış. Deyəsən sevginin gücü budur...
Kor Qadın və Həyat Yoldaşı
Qadın hər səhər olduğu kimi o gündə ağ dəyənəyi və əl prosedurası ilə avtobusa minmişdi.

Sürücü:
- "Xanım soldan üçüncü sıra boşdur",- dedi.

Qadın 32 yaşında gözəl bir qadın idi və yoldaşı olduqca yaraşıqlı bir hava zabiti idi. Bundan bir neçə ay əvvəl səhv diaqnoz nəticəsində reallaşdırılan əməliyyatla qadın gözlərini itirmişdi. Gənc qadın əməliyyat sonrası görə bilmirdi və əsla görə bilməyəcəkdi. Əri əməliyyatdan sonra ağrılı gerçəyi öyrənincə yıxılmış və öz-özünə bir söz vermişdi. Əsla arvadını tək buraxmayacaq, ona sonuna qədər dəstək olacaq, öz ayaqları üzərində dayanana qədər cəsarət verəcəkdi.

Günlər keçirdi. Qadın hər keçən gün özünü daha pis hiss edir, çox sevdiyi ərinə yük olduğunu düşünürdü. Yoldaşının bu içinə qapalı, pessimist halı ərini çox üzürdü. Bir an əvvəl bir şeylər etməsi lazım idi, arvadı gündən günə öz içinə qapalı dünyasında itirdi. Bütün gün düşündü ər necə kömək edə bilərəm gözəllər gözəli yoldaşıma deyə ... Birdən ağılına yoldaşının köhnə işi gəldi. Geri dönməsini istəyəcəkdi. Amma bunu ona necə söyləyəcəkdi, çünki artıq çox kövrək və qəmgin idi. Bütün cəsarətini yığaraq axşam arvadına mövzunu açdı.

Arvadı dəhşətlə gözlərini açdı:
- "Mən bunu necə edərəm mən koram",- deyə qışqırdı.

Əri ona dəstək olacağını hər səhər işə onu özünün buraxacağını və axşam alacağını və ona çox güvəndiyini söylədi. Çünki yoldaşını tanıyırdı və bunu bacara biləcəyini bilirdi. Qadın böyük bir ümidsizliklə qəbul etdi, çünki yoldaşını çox sevirdi və onu qırmaq istəmirdi. Hər səhər yoldaşını işinə buraxır və axşamları götürürdü fədakar ər.

Günlər belə irəlilədi; arvadı əvvəlkindən bir az daha yaxşı idi. Lakin əri daha çoxunu istəyirdi, özünə söz vermişdi sonuna qədər gedəcəkdi. Axşam arvadına:

- "Artıq işə özün gedib gəlməlisən",- dedi.

Qadın çaşmışdı. Bunu əsla edə bilməyəcəyini söylədi. Əri israr edincə onu yenə qıra bilmədi və bütün cəsarətini yığaraq qəbul etdi. Əslində bunu özü də istəyirdi amma o qədər etibarı yox idi. Səhərlər qadın artıq avtobus dayanacağına özü gedir, avtobusuna minir və avtobusdan enərək işinə gedə bilirdi. Günlər günləri qovdu heç bir problem yox idi. Yenə bir gün avtobusa minərkən, sürücü:
- "Sizi qısqanıram",- dedi.

Qadın özünə deyilib deyilmədiyini anlaya bilmədən:
- "Niyə?" ,- deyə soruşdu.

Sürücü:
- "Çünki hər səhər sizin arxanızdan hava zabiti gənc bir adam avtobusa minir və bütün yol boyunca sevgi ilə sizə baxır, avtobusdan endikdən sonra yaşıl işıqda yolun qarşısına keçmənizi gözləyir, siz binaya girdikdən sonra arxanızdan öpüş göndərib sizə hər gün sevgiylə əl yelləyir ..." dedi.


Həyatınızda hər zaman arxanızda dayanacaq və sizi bir ömür boyu sevəcək həyat yoldaşı tapmanızı diləyirəm ...
Cemi 1131 nefer oxuyub
Beyen(330) | Beyenme(128)
Paylaş:
Hekayələr

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Yuxu Yozmaları, Burc-il Yoxla, Doġum gununu hesabla, Ideal cekini hesabla, Imtahan nəticələrini hesabla, Mətni Fərqli Yaz, X - O Oyunu, Dama Oyunu, Online Sehr, Youtube Video Yuklə, Online Hesablayıcı, Mp3 Məlumatını Dəyiş, Lazımlı Programlar, Silinmiş şəkillərin geri qaytarılması

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018