Sənə sadəcə yalan danışdım

Sənə sadəcə yalan danışdım


dönməsini istəyəcəkdi. Amma bunu ona necə söyləyəcəkdi, çünki artıq çox kövrək və qəmgin idi. Bütün cəsarətini yığaraq axşam arvadına mövzunu açdı.

Arvadı dəhşətlə gözlərini açdı:
- "Mən bunu necə edərəm mən koram",- deyə qışqırdı.

Əri ona dəstək olacağını hər səhər işə onu özünün buraxacağını və axşam alacağını və ona çox güvəndiyini söylədi. Çünki yoldaşını tanıyırdı və bunu bacara biləcəyini bilirdi. Qadın böyük bir ümidsizliklə qəbul etdi, çünki yoldaşını çox sevirdi və onu qırmaq istəmirdi. Hər səhər yoldaşını işinə buraxır və axşamları götürürdü fədakar ər.

Günlər belə irəlilədi; arvadı əvvəlkindən bir az daha yaxşı idi. Lakin əri daha çoxunu istəyirdi, özünə söz vermişdi sonuna qədər gedəcəkdi. Axşam arvadına:

- "Artıq işə özün gedib gəlməlisən",- dedi.

Qadın çaşmışdı. Bunu əsla edə bilməyəcəyini söylədi. Əri israr edincə onu yenə qıra bilmədi və bütün cəsarətini yığaraq qəbul etdi. Əslində bunu özü də istəyirdi amma o qədər etibarı yox idi. Səhərlər qadın artıq avtobus dayanacağına özü gedir, avtobusuna minir və avtobusdan enərək işinə gedə bilirdi. Günlər günləri qovdu heç bir problem yox idi. Yenə bir gün avtobusa minərkən, sürücü:
- "Sizi qısqanıram",- dedi.

Qadın özünə deyilib deyilmədiyini anlaya bilmədən:
- "Niyə?" ,- deyə soruşdu.

Sürücü:
- "Çünki hər səhər sizin arxanızdan hava zabiti gənc bir adam avtobusa minir və bütün yol boyunca sevgi ilə sizə baxır, avtobusdan endikdən sonra yaşıl işıqda yolun qarşısına keçmənizi gözləyir, siz binaya girdikdən sonra arxanızdan öpüş göndərib sizə hər gün sevgiylə əl yelləyir ..." dedi.


Həyatınızda hər zaman arxanızda dayanacaq və sizi bir ömür boyu sevəcək həyat yoldaşı tapmanızı diləyirəm ...
<< 1 2 [3]
Cəmi 2737 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 206 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024