Meyxananın tarixi

Meyxananın tarixi


Təkcə XX əsr ərzində meyxana janrı üç inkişaf mərhələsi keçmişdir.Bu mərhələlər xalqımızın həyatında son dərəcə mürəkkəb, ziddiyyətli hadisələrlə çulğanalan dövlərə təsədüf edir. 1920-ci il aprel inqilabından sonrakı dövrdə yeni idealogiyanın yayılması üçün meyxanaya geniş meydan verilir. Meyxana "Tənqid-tətbiğ" teatrının repertuarında və ümumiyyətlə bədii ədəbiyyatda, o cümleden səhnə əsərlərində mövqe qazanır.

1941-1945illər müharibə dövründə meyxana yene xalqımızın sirdaşına çevrilir,ona ürək-dirək verir, ümidini inamını, itiqadını artırır. Əliağa Vahidin faşistləri ifşa edən meyxanaları əskərlərimizin qələbə əzmını yüksəldir.

Ötən əsrin 90-cı illərindən başlayaraq meyxana üçünçü inkişaf mərhələsinə qədəm qoymuşdur. Lakin müstəqillik yoluna qədəm qoyduğumuz bir zamanda meyxana janrına artıq keyfiyyətcə yeni münasibət bəslənir: telekanallarda meyxana yarışları keçirilir, ustad sənətkərlarımız el şənliklərinə dəvət olunur, meyxana topluları nəşr edilir, və nəhayət, meyxana tədqiqat obyektina cevrilir.

İştimai həyatımızda mühüm rol oynayan belə bir aktual janrın tarixinə və nəzəriyyəsinə dair, istər ədəbiyyatşunaslıq və istərsə də musiqışunaslıq elmlərində xüsusi tədqiqat işlərinın mövcud olması yalniz təəssüf doğurur. Bu çatizmamazlığı qismən olsa da aradan qaldirmaq, meyxana janrının forma və üslub xüsusiyyətlərini araşdırıb bəstəkərlarımızın yaradıcılığına doğru aparan yolları izləmək, hasıl olan tədqiqat işini gənc musiqi şunaslara tədris vəsaiti kimi çatdırmaqq mövzünun aktualliğını müəyyən edir.




Meyxana zərb alətinin müşayiəti ilə oxunan və ya deklamasiyaedilən metrikləşdirilmiş musiqi-poetik janrdir. Onu adətən iki və daha artıq şair-müğənni müaşirə şəklində
[1] 2 >>
Cəmi 2268 nəfər oxuyub
Bəyənən (554) | Bəyənməyən (311)
Dostlarınla Paylaş

Saytda 27 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023