Kasıbçılıq | Hekayələr
Geniş Kitabxana
Kasıbçılıq
Orta mektebde oxuyan vaxtlarımızda qızlar 23 fevralda sinifde bir oğlan seçib ona hediyye qoyurdular, kitab, odekalon, köynek ve nese başqa şeyler. Vaxtı-vedesi yetişende biz oğlanlar da qızlara hediyyenin vezini qaytarar, üstelik süni gül de elave ederdik. Bele vaxtlarda here öz yorğanına göre ayağını uzatsa da, qızlar say etibari ile oğlanları reğmen çox olduğundan, bezen iki qız bir oğlanı arasında şerikli ederdi. Eyni zamanda varlılar ve ortabablar özlerine mağaza müdiri, müellim, briqadir balasını götürerdi...
Her sabiq kişiler bayramı - 23 fevralda bizim sinifde bir kasıb yetim qız
derse gelmezdi, ailelerinin imkanı yox idi hediyye almağa, amma 7 martda dersden sonra qızlara verilen hediyyelere ele baxardı ki, sanki ona bağışlamışdılar...
Ağlım kesenden bunu anlamışdım ve 7 sinifde iki qız üçün hediyyeler alan zaman bacılarımdan xahiş etdim ki, o kasıb sinif yoldaşıma bağışlamağım üçün bir elave kukla götürsünler...
Hemin günü - 7 martda sevine-sevine qızların hediyye borcunu verenden sonra kasıba dedim meni dersden sonra gözlesin. Yuxarı mertebeye qalxdıq, yarıqaranlıq dehlizde ona dedim:
- Gözlerini yum...
Sonra paltarımın altında gizletdiyim balaca kuklanı çıxarıb onun açılan ovuclarına teref apardım.
Qız gözlerini açan kimi sevincek çığırdım:
- Bayramın mübarek olsun!
Qız tutulub qaldı, sonra kuklanı sinesine sıxdı, gözlerinden yaş gilelenirdi:
- Bax, ne istidir...
Elimi kuklya vurdum, bayaqdan mektebin heyetini fırlanıb qaça-qaça geldiyimden ve seherden sinemde gizletdiyimden o ucuz sovet kuklasına qelbimin herareti, belke de sevgimin istiliyi keçmişdi sanki...
Qızcığaz qefil hediyyedenmi, ya da bilmirem neden idi, ele hey göz yaşları axıdırdı...
Tezcene yaş yanağından bir öpüş alıb qaçdım, indiyecen de qulaqlarımda onun cingiltili sesi gelir:
- Deli ha. Hara qaçdın?..
Deme öz taleyimden qaçırmışam...
Sonra zemane deyişdi, o qızın qardaşları Rusiyada böyük biznes elediler, qızın ailesi kendimizden köçüb getdi, 11-ci sinifde oxuyanda kişiler bayramıma evimize az qala böyük bir xonça gönderdi o qız...

P.S. Bu yaxınlarda, 25 ilden sonra o qızın evinde qonaq olanda, mülkün en yaraşıqlı yerinde bahalı hediyyelerin içinde o kuklanı gördüm, elime götürdüm, az qala barmaqlarım yanaydı, arxaya baxdım, her ikimizin gözleri yaşarmışdı... Ruhumun qulaqlarına bu ses geldi...

- Deli ha. Hara qaçdın?..
Cemi 1163 nefer oxuyub
Beyenen (397) | Beyenmeyen (147)
Paylaş:
Hekayələr

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Yuxu Yozmaları, Burc-il Yoxla, Doġum gununu hesabla, Ideal cekini hesabla, Imtahan nəticələrini hesabla, Mətni Fərqli Yaz, X - O Oyunu, Dama Oyunu, Online Sehr, Youtube Video Yuklə, Online Hesablayıcı, Mp3 Məlumatını Dəyiş, Lazımlı Programlar, Silinmiş şəkillərin geri qaytarılması

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018