Gizli şəkil

Gizli şəkil


Balaca bir qızın atası İspaniyanın “ən təhlükəli siyasi
məhbuslarının” saxlanıldığı həbsxanada məhbus idi.
Balaca qız atasını görmək üçün bütün imkanlardan
istifadə edir, hər fürsətdə atasının yanına gedirdi.
Bir dəfə atasının yanına gedəndə onun üçün çəkdiyi şəkli
də apardı. Ancaq həbsxana qaydalarına görə “ağıllara
azadlıqla bağlı nəsə gətirə biləcək” şəkillərin məhbuslara
verilməsi qadağan idi.
Buna görə də balaca qızın çəkdiyi quş şəklini qəbul
etmədilər və elə oradaca cırıb atdılar.
Balaca qız çox üzülmüşdü… Atasına da dedi. Atası da
qızına dedi ki, “çox üzülmə, gələn dəfə şəkil çəkərkən
daha diqqətli ol.”
Üstündən bir müddət keçdi. Balaca qız yenə atasının
yanına getdi. Bu dəfə də şəkil çəkmişdi. Bir ağac şəkli…
və üstündə balaca nöqtələr…
Atası maraqla şəklə baxdıqdan sonra qızına dedi: “Nə
qədər gözəl çəkmisən bu ağacı”…
Sonra balaca nöqtələri göstərib soruşdu ki, bəs bunlar
nədir, kiçik meyvələrdir?
Balacaq qız ağzını atasının qulağına yaxınlaşdırıb
yavaşca dedi: “Atacan, onlar meyvə deyil. Budaqların
arasında gizlətdiyim quşların gözləridir”
Cəmi 2728 nəfər oxuyub
Bəyənən (726) | Bəyənməyən (480)
Dostlarınla Paylaş

Saytda 41 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023