Təbəssüm | Hekayələr
Geniş Kitabxana
Təbəssüm
Bir xəstəxananın cərrahiyyə şöbəsində orta yaşlı iki
həkim işləyirdi. Yaşadıqları sənaye şəhəri olduğu üçün
onlara müraciət edənlər daha çox yaralılar idi. Bir il
sonra xəstəxanaya yeni bir həkim gəldi...
Yeni həkim öz işini yaxşı bilirdi. Üstəlik, heç şikayət də
etmirdi, ona görə də köhnə həkimlər ən ağır işləri yeni
həkimə verir və mümkün qədər yüngül xəstələrlə məşğul
olmağa çalışırdılar. Bəzən bir barmağı və ya əli qopan,
ya da ağır yanıqlarla xəstəxanaya çatdırılan xəstələrlə
məşğul olmaq yeni həkimi əldən salırdı. Ancaq qəlbindəki
insan sevgisi hər şeydən üstün idi. Aradan heç bir il
keçməmiş hamı ona dua etməyə başdalı.
Yeni həkimi yaxından tanıyanlar bu yükə necə dözdüyünə
heyrət edirdilər. Belə ağır bir rejimdə işləmək az qala
intihar idi. Ancaq onları ən çox təəccübləndirən həkimin
üzündən əskik olmayan təbəssüm idi. Ən ağır xəstələr
belə bu təbəssümlə güc tapır və qısa bir vaxtda ayağa
qalxırdılar. Yeni həkimə olan bu rəğbət həkimlərin də
diqqətindən yayınmamışdı. Onlar üçün belə vəziyyətdə
gülmək qeyri-mümkün idi. Hətta ayaq üstə dayanmağı
belə möcüzə saymaq olardı...
Bir gün hər ikisi onun yanına getdilər və bu işin sirrini
öyrənmək istədilər. Yeni həkim hər şeyi bir-bir danışdı.
Əslində köhnə həkimlər haqlı idilər. Çünki o da gülməyi
çoxdan unutmuşdu. Üstəlik, xəstəxanaya gəldiyi ilk
gündən... Ancaq yenə də eyni gülərüzlülüyü ilə:
- Xəstələrin bu təbəssümə nə qədər ehtiyacı olduğunu
yaxşı bilirdim. Buna görə də elə ilk gündən dodağımın
kənarlarını plastik əməliyyat etdirdim, - dedi.
Cemi 894 nefer oxuyub
Beyen(302) | Beyenme(119)
Paylaş:
Hekayələr

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Qadın ve cemiyyet, Tanınmış qadın simalar, Huquq və qadın haqları, Qadın və din, Qadın və texnologiya, Qadın və təhsil, Şəxsi inkişaf, Fitnes ve pehriz, Pəhriz (diet), Arıqlama sirləri, Şəxsi təcrubə, Fitness, Sellulit, Arıqlama vasitələri, Kokəlmə sirləri, Sağlamliq, Sağlamlıq xəbərləri, Qadın xəstəlikləri, Duzgun qidalanma, Xalq təbabəti, Aroma və fitoterapiya, Kontrasepsiya və abort, Menstruasiya, Masaj

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018