Təbəssüm

Təbəssüm


Bir xəstəxananın cərrahiyyə şöbəsində orta yaşlı iki
həkim işləyirdi. Yaşadıqları sənaye şəhəri olduğu üçün
onlara müraciət edənlər daha çox yaralılar idi. Bir il
sonra xəstəxanaya yeni bir həkim gəldi...
Yeni həkim öz işini yaxşı bilirdi. Üstəlik, heç şikayət də
etmirdi, ona görə də köhnə həkimlər ən ağır işləri yeni
həkimə verir və mümkün qədər yüngül xəstələrlə məşğul
olmağa çalışırdılar. Bəzən bir barmağı və ya əli qopan,
ya da ağır yanıqlarla xəstəxanaya çatdırılan xəstələrlə
məşğul olmaq yeni həkimi əldən salırdı. Ancaq qəlbindəki
insan sevgisi hər şeydən üstün idi. Aradan heç bir il
keçməmiş hamı ona dua etməyə başdalı.
Yeni həkimi yaxından tanıyanlar bu yükə necə dözdüyünə
heyrət edirdilər. Belə ağır bir rejimdə işləmək az qala
intihar idi. Ancaq onları ən çox təəccübləndirən həkimin
üzündən əskik olmayan təbəssüm idi. Ən ağır xəstələr
belə bu təbəssümlə güc tapır və qısa bir vaxtda ayağa
qalxırdılar. Yeni həkimə olan bu rəğbət həkimlərin də
diqqətindən yayınmamışdı. Onlar üçün belə vəziyyətdə
gülmək qeyri-mümkün idi. Hətta ayaq üstə dayanmağı
belə möcüzə saymaq olardı...
Bir gün hər ikisi onun yanına getdilər və bu işin sirrini
öyrənmək istədilər. Yeni həkim hər şeyi bir-bir danışdı.
Əslində köhnə həkimlər haqlı idilər. Çünki o da gülməyi
çoxdan unutmuşdu. Üstəlik, xəstəxanaya gəldiyi ilk
gündən... Ancaq yenə də eyni gülərüzlülüyü ilə:
- Xəstələrin bu təbəssümə nə qədər ehtiyacı olduğunu
yaxşı bilirdim. Buna görə də elə ilk gündən dodağımın
kənarlarını plastik əməliyyat etdirdim, - dedi.
Cəmi 2287 nəfər oxuyub
Bəyənən (587) | Bəyənməyən (393)
Dostlarınla Paylaş

Saytda 113 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024