Ən maraqlı 10 ölüm hadisəsi | Qarışıq Məqalələr
Geniş Kitabxana
Ən maraqlı 10 ölüm hadisəsi
1. 1995-ci ildə Amerikada Bir Kola maşınından pulsuz
içki almağa çalışan adam maşından atılan kola qutu
başına sərt dəyməsi nəticəsində həyatını itirdi.
2. Astronomiya elmində mühüm xidmətləri olan Tycho
Brahe adlı Danimarkalı elm adamı tualetə gedə bilmədiyi
üçün ölmüşdür. XVI əsrdə yemək bitmədən süfrədən
qalxmaq xoş qarşılanmazdı. Tycho Brahe qonaq olduğu
bir mərasimə getmədən əvvəl tualetə getməyi unutdu.
Mərasimdə içkini çox içən elm adamı tualetə getmək
üçün icazə istəyə bilməyəcək qədər nəzakətli
olduğundan sidik kisəsi partlamışdır və 11 gün əzab
çəkdikdən sonra ölmüşdür.
3. Argentina Buenos Airesdə reallaşan ölüm hadisəsində
arvadını öldürməyə çalışan adam arvadını qaldıqları
otelin 23-cü mərtəbəsindən aşağı atır. Qadın aşağı
düşərkən elektrik tellərinə ilişir. Arvadının ölüb
ölmədiyindən əmin olmaq istəyən adam özünü də aşağı
atır, məftillərədən yapışa bilmədiyi üçün yerə çırpılaraq
dünyasını dəyişir.
4. 1983-ci ildə Amerikanın San Diego əyalətində polislər
tərəfindən oğurluq edərkən tutulan qadın: ”əgər özünü
buraxmazlarsa, ölənə qədər nəfəsini tutcağını”- söylədi.
Polislərin bu istəyi qəbul etməməsi nəticəsində qadın öz
nəfəsini tutdu və göyərərək öldü.
5. İtaliyada reallaşan bir ölüm hadisəsində Pisa
şəhərində yaşayan Romollo Ribaldo adlı adam işsiz
olduğu üçün intihar etməyə qərar verir.Həyat yoldaşı 42
yaşındakı Romollo Ribaldoya intihar etməməsi üçün
yalvarır. Razı olan Romollo ağlamağa başlayır və əlindəki
silahı yerə atır… və pis sürpriz ...
Yerə düşən silahdan atəş açılır və silahdan çıxan güllə
Romollonun həyat yoldaşına dəyir və qadın ölür.
6. Amerikada bir heyvanxanada fil baxıcısı təmizlik
edərkən filin nəcisi altında qalaraq can vermişdir.
7. Khay Rahnajet adlı İraqlı bir terrorist içində bomba
qurğusu olan bir paketi poçt ilə sui-qəsd ünvanına
göndərdi. Paketin üzərində kifayət qədər pul olmadığı
üçün poçt xidməti paketi geri göndərir.
Paketi görən naşı terrorist paketdə bomba qurğusu qurduğunu unudaraq paketi açır,
bombanın partlaması nəticəsində parçalanaraq ölür.
8. Həyat yoldaşı ilə zarafat etmək istəyən Jake Fen adlı
bir adam özünü güya asır.(belə bir görüntü yaradır) Evə
gələn həyat yoldaşı ərinin özünü asdığını görüncə
huşunu itirir. Bu zaman qapını açıq görən qonşul qadın
içəri girir. Jake və yoldaşının öldüyü zənn edən qadın evi
soymağa qərar verir və evi soyur. Evdən yığdıqları ilə
çölə çıxmaq üzrə olan qadını görüncə Jake ona badalaq
verir. Qadın cəsədin canlandığını zənn edərək qorxudan
ölür.
9. New Yorkun işlək prospektlərinin birində bir avtomobil
yol ilə gedən bir yaşlı qadına yüngülcə dəydi. Piyada tam
yerdən qalxacağı zaman yoldan keçən biri qadına ayağa
qalxmayacağı təqdirdə sığortadan yüklü miqdarda pul ala
biləcəyini söyləyir. Yaşı qadın da yıxıldığı yerə təkrar
uzanır. Avtomobil sürücüsü isə piyadanın yerdən
qalxdığını düşünərək qaza basır və piyada avtomobilin
altında əzilərək can verir.
10. Misirdə əkinçilik edən bir adam toyuqlarından birinin
Nil çayına düşdüyünü görür və toyuğunu xilas etmək
üçün çaya tullanır. Lakin çayda boğulduğunu görüncə
ətfdakılardan kömək istəyir. Adamın köməyinə çatan oğlu
atasına kömək etməyə çalışarkən o da boğulmağa
başlar. Ata oğul xilas üçün kömək istəməyə başlayırlar.
Adamın arvadı qızları və digər oğlu kömək etmək
istəyərlər, lakin onlar da müvəffəqiyyətli olmazlar. 6
nəfərlik ailə boğularaq can verir lakin toyuq xilas olur.
Cemi 801 nefer oxuyub
Beyen(293) | Beyenme(80)
Paylaş:
Qarışıq Məqalələr

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Yuxu Yozmaları, Burc-il Yoxla, Doġum gununu hesabla, Ideal cekini hesabla, Imtahan nəticələrini hesabla, Mətni Fərqli Yaz, X - O Oyunu, Dama Oyunu, Online Sehr, Youtube Video Yuklə, Online Hesablayıcı, Mp3 Məlumatını Dəyiş, Lazımlı Programlar, Silinmiş şəkillərin geri qaytarılması

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018