Heyat ve karandaş

Heyat ve karandaş


Uşaq babasının məktub yazmağına tamaşa edirdi.
Birdən məsum bir ifadə ilə: “Yoxsa mənim haqqımda
yazırsan?” - deyə soruşdu. Babası bir anlıq əlini saxladı,
əvvəlcə, gülümsədi, sonra isə dedi: “Doğrudur, sənin
haqqında yazıram. Ancaq əlimdə tutduğum bu karandaş
yazdığım o sözlərdən daha əhəmiyyətlidir. İnanıram ki,
böyüyəndə sən də bu karandaşı çox sevəcəksən”...
Uşaq karandaşa diqqətlə baxdı. Ancaq onda qeyri-adi bir
şey görmədi. Odur ki: “Axı bu karandaşın başqa
karandaşlardan heç bir fərqi yoxdur”, - dedi. “Əslində bu
sənin o karandaşa necə baxmağından asılıdır”, - babası
cavab verdi, - “Bu qələmin beş xüsusiyyəti var və sən bu
xüsusiyyətləri bilsən, həyatda çox yaxşı bir insan
olarsan...
Birinci xüsusiyyət: çox gözəl işlər görə bilərsən. Ancaq
atdığın hər addıma istiqamət verən “bir əl” olduğunu
unutmamalısan. Bizim üçün bu “əl” Allahdır və həmişə öz
qüdrəti ilə bizə istiqamət verir...
İkinci xüsusiyyət: nə yazıramsa-yazım, arabir dayanmalı
və karandaşımın ucunu yonmalıyam. Bu, karandaşı bir az
“incitsə də”, nəticədə, daha yaxşı yazmasına kömək edir.
Ona görə də acılara sinə gərməyi öyrənməlisən. Çünki nə
qədər acı çəksən, bir o qədər güclü olarsan...
Üçüncü xüsusiyyət: karandaşla yazanda səhv etməkdən
qorxmursan. Çünki nə qədər səhv etsən də, onu düzəldə
biləcəyini bilirsən. Sən də bil ki, əgər bir səhv ediriksə,
onu sonradan düzəltmək heç də pis şey deyil. Əksinə, bu
bizi ədalətli olmağa sövq edir...
Dördüncü xüsusiyyət: karandaşın əsas hissəsi üstündəki
taxta deyil, içindəki yazan maddədir. Ona görə sən də
həmişə öz içinə baxmalı, ən çox onu qorumalısan...
Beşinci və son xüsusiyyəti: karandaşın iz qoymasıdır.
Onun kimi, sən də həyatda
[1] 2 >>
Cəmi 2626 nəfər oxuyub
Bəyənən (631) | Bəyənməyən (437)
Dostlarınla Paylaş

Saytda 88 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024