İlk seksin qorxuları | Cinsəllik (+18)
Geniş Kitabxana
İlk seksin qorxuları
İlk seksual təcrübə sovet dövrü ilə müqayisədə indi
nisbətən asanlaşıb. İnternet əsrinin olduğunu nəzərə
alsaq, bu mövzuda gənclərin nə qədər sərbəst olduğunu
anlamaq elə də çətin deyil. Amma bu məsələnin
təhlükəli tərəfləri də mövcuddur.
Androloq-seksopatoloq Həsən Səmədov mövzu ilə bağlı
Modern.-a açıqlamasında bildirib ki, ilk seksual
təcrübə ilə əlaqədar gənclərin cinsi yetişkənlik dövründə
az maariflənməsi onları ağır xəstəliklərə düçar edə
bilər. “12-15 yaş arası kişilərdə cinsi yetişkənlik
dövrüdür. Bu dövrdə qana çox miqdarda hormon sintez
olunur və kişilərdə cinsi həvəs oyanır. Bu dövrdə
məlumatın azlığı, savadsızlıq təsadüfi cinsi əlaqələrə
gətirib çıxarır. Əsas məsələ də budur ki, gənclər
tanımadığı insanlarla, bilmədiyi yerdə cinsi əlaqədə
olurlar. Əksəriyyət hətta qoruyuculardan istifadə etmir,
bu da infeksiyalara yoluxmaya gətirib çıxarır. Bu
infeksiyalar honoreya, siflis, trixomoniaz və son
dövrlərdə də geniş yayılan hepatit C və AİDS kimi
xəstəliklərdir”.
Seksopatoloqun sözlərinə görə, cinsi yolla yoluxan
infeksiyalardan başqa, ilk cinsi əlaqədə baş verən
psixoloji problemlər sonradan psixoloji cinsi zəifliyə də
gətirib çıxarır.
“Psixoloji cinsi zəiflik kişilərin gələcək həyatında ona
problemlər yaradacaq. Belə ki, növbəti qadınla olan
münasibətində və yaxud da ailə həyatı qurandan sonra
olan münasibətdə psixoloji problemlər yaşanır. Bundan
başqa, kifayət qədər müxtəlif problemlər ola bilər.
Təsəvvür edin ki, lüğətdə nə qədər söz varsa, o qədər
də müxtəlif ola bilər. Bundan başqa hansısa faktor və
səbəb gənc kişinin xoşuna gəlməyə bilər. Məsələn,
qadının danışığı. Belə ki, beynində qurduğu qadın
obrazının onun fikrinə uyğun gəlməməsi, gördüyü ilə
düşündüyünün eyni olmaması, qadının ona dediyi bəzi
sözlər və fikirlər, qadın cinsi orqanına qarşı olan ikrah
hissi, iyrənmə və s. bu tipli problemlər gələcəkdə
psixoloji gərginlik yarada bilər”.
H. Səmədov sovet vaxtı gənclərdə daha sürətlə cinsi
fəaliyyətə səy yox idi. “İndi isə cinsi yetişkənliyə çatan
uşaqlar bir-biri ilə bəhsə girirlər ki, kim tez cinsi
əlaqədə oldu və kim necə oldu... Və hər kəsin
özünəməxsus olan sözləri artıq bir neçə nəfərin arasına
bəhs və mübahisə eləmək vasitəsi kimi istifadə olunur.
Amma sovet dövrü bu söhbətlər qapalı idi. Belə ki, o
vaxt gigiyena və epidemiologiya qaydaları daha yüksək
səviyyədə idi. İndi bəzən insanlar xəstələnir, infeksiya
daşıyıcısı olur və bununla bərabər onu müalicə etdirmir.
Hətta bilə-bilə bir-birinə yoluxdururlar”.
Seksopatoloq sözlərinə görə, sovet dövrü ilə
müqayisədə indi gənclər seks və cinsi əlaqə barədə
düşüncələri gizli saxlamırlar. “Fahişələrlə qeyri-ənənəvi
cinsi əlaqə gənclərdə bir sıra problemlərə gətirib çıxarır.
Anal və oral sekslə yoluxan elə infeksiyalar var ki,
onlara hətta adi dərmanlar təsir etməyə bilir”.
Həkim-mütəxəssis gənclərə öz məsləhətini bildirib:
cinsi əlaqədə olmaq həvəsinə düşəndə tanımadıqları və
bilmədikləri adamlarla cinsi əlaqədə olmasınlar.
“Qoruyucudan mütləq istifadə edilməlidir, kim yoluxucu
xəstəlik tapıbsa, dərhal həkimə müraciət etsin”.
Cemi 1125 nefer oxuyub
Beyen(469) | Beyenme(111)
Paylaş:
Cinsəllik (+18)

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Free Downloader, hd video download, whatsapp plus, instagram plus, youtube plus, online free play, sexy girl, Burcler Haqqında, olum unvanları, Menfi cehetler, Burce gore sevgi, Burce gore seks, Burc-il yoxla, Hansı gun doġuldun?, Qoc Burcu, Buğa Burcu, Əkizlər Burcu, Xərcəng Burcu, Şir Burcu, Qız Burcu, Tərəzi Burcu, Eqrəb Burcu, Oxatan Burcu, Oğlaq Burcu, Dolca Burcu, Balıqlar Burcu

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018