Yetkinlik dövrü | Cinsəllik (+18)
Geniş Kitabxana
Yetkinlik dövrü
Ümumiyyetle bu dövrde genclerde fiziki olaraq
deyişiklikler müşahide edilir. Boyları uzanır, kiloları artır,
cinsi orqanlarda deyişiklikler olur. Üzde sızanaq
meydana gelir. Gencler cinselliyi keşf etmeye başlayırlar.
Ancaq yetkinler dünyasına addım atmağa hazırlanan
gencde fiziki inkişaf olsa bele, ruhi inkişaf eyni nisbetde
olmadığı üçün bir uyğunlaşmazlıq meydana gelir. Ruhi
techizatları fiziki inkişaflarıyla mütenasib olmadığı üçün
bir daxili qarşıdurma yaşanır.
Bu Dövrde Gencler Psixoloji Olaraq Nece Tesirlenir?
Yetkinlik dövründe genc özünü tek hiss eder ve
bedenindeki, ruhi dünyasındakı deyişikliklerden qorxar.
Cinsi menada ferqlilikler yaşar ve hiss etdiyi bu
qarışıqlığı dile getirmekde çetinlik çeker. Yaşadığı bu
hessas dövre ailesini qatmaqda çetinlik çeker. İçinde
olduğu her şeyi redd eden bir tutuma gire biler. Bu da
onun fiziki ve ruhi quruluşunu blok edecek.
Bu dövrde bir çox ailenin uşaqlarının birden-bire yetkin
olmalarını asan qebul ede bilmediklerini müşahide
edirem. Ana atalar mektebdeki tapşırıqlara, yoldaş
seçkisine, gelecekle elaqedar planlara çox müdaxile ede
bilirler. Genclerle etdiyimiz psikoterapilerde bir çoxundan
“yoldaşlarıma, atama çox şey izah ede bilerem. Amma
menim heqiqeten kim olduğumu, içimden heqiqeten neler
keçdiyini esla söyleyib izah ede bilmerem” sözlerini
eşidirik. Bu sözlerde yetkinler dünyasına çox ehemiyyetli
mesajlar var.
Gencler üçün bu dövrde mekteb, yoldaşlar ve valideynler
çox ehemiyyet qazanır. Genc, ferqli olma, özünü ağıllı
hiss etmeme duyğusu, özünün ve ailenin gözlemelerine
ayaq uydura bilmeme duyğularıyla mübarize edir.
Yetişmekde olan gencler üçün öz bedenleri çox
ehemiyyetli bir problem teşkil edir. Nece göründüklerine
inanılmaz derecede ehemiyyet verirler. Tebii bunda
yetkinlik dövrü qeder ve medianın qadın-kişi anlayışıyla elaqedar meydana getirdiyi prototipler de çox tesirli olur.
Aileler de cinsellikle elaqedar medeniyyetleri mehdud
olduğu üçün genclere çox çox kömekçi ola bilmirler.
Ölkemizdeki tehsil sisteminin tek müveffeqiyyeti
hedeflemesi gencin ruhi ve bedensel inkişafını ön plana
almaması bütün yükü ailenin çiyinlerine yıxır.
Bir çox genc erken yaşlarda iş axtarışa başlayır.
Müsteqilliyi üçün qerarlar almaq isteyir. Ancaq müsteqil
olmaq üçün atdıqları addımlar yetkinler dünyasında
lazımlı maraqı tapa bilmeyib ciddiye alınmır, ya da redd
edilib geri çevrilir.
Ailelere Teklifler?
Ana atalar yetkinlik dövründeki gencleri ciddi qebul edib
dinlesinler. Onların fikirlerine, duyğularına ehemiyyet
verib sevgi ve desteklerini heç eskik etmesinler. Bu
dövrde gencin ana ve atası ile elaqesindeki dil çox
ehemiyyetlidir. Meselen yeni yetişen bir genc qıza
atasının yanaşması ferqli tip neticelendirer getirecek.
“Senin bele qısa geyinib nisbeti buranı göstermeyini
istemirem” yerine “Senin tehlükesizliyin baxımından
narahatım. Seni çöldeki bilinmeyen bu dünyada
itirmekden qorxuram. Buna göre diqqetli olmağını
isteyirem” demek daha dürüst ve sağlam bir mesaj
olacaq. Eger bütün seylere baxmayaraq, problemler hell
edile bilmirse, genc özünü xarici dünyaya bağlamışsa,
şübhesiz bir uşaq genc psikoterapistine müraciet
etmelerini teklif edirem. Son derece müasir, gencin sahib
olduğu potensiala istiqametli texnikaların ön planda
tutulduğu müalice üsuluyla bu sancılı dövr qısa
müddetde sovuşdurula biler. Gence özüne inamı
qazandırıla biler. Yetkinler dünyası ve onun
gözlemeleriyle başa çıxabiliecek ünsiyyet modelleri ve
techizatını qazanması temin edile biler. Belelikle bu kritik
dövr psikoterapi kömeyiyle gence ve aileye ziyan
vermeden sovuşdurula biler.
Yetkinlik Problemlerini Aşmaq Üçün Neler Etmeli?
Aileler bu dövrde cinsellikle elaqedar mövzuları uşaqlarıyla danışmaqda çetinlik çekirler. Çünki
ana- atalar evvelden götürdükleri dayatmacı qelibçi
modeli daşıyırlar. Bu mövzuda danışacaq medeniyyetleri
mehduddur. Amma bir terefden de media bir çox deyer
mühakimesini sorğulayır, her şey süretle deyişir. Aile
buna ayaq uydura bilmediyi üçün genc ailesini de
sorğulamağa başlayır. Dövrler arası böhran yaşanır.
Genclerin bu dövrde yetkinler dünyasının hakimiyyetini
redd etdiyini unutmamız lazımdır. Buna göre ailelere
problemlerin aşılması üçün genclerin dünyasına enen bir
yoldaşlıq etme, paylaşma teklif edirem. Analar qızlarıyla,
atalar da oğullarıyla problemleri paylaşa biler. Meselen
cinsellikle elaqedar yaşanan problemlerle elaqedar
özünün de yetkinlik dövründen keçdiyini, benzer
problemleri yaşadığını izah ede biler, özünü nece
hissetdiyini, hansı problemleri yaşadığını soruşa biler,
dinleye bilerler. Amma telimçi, dayatmacı bir mövqele
yaxınlaşmamaları lazımdır.
Yetkinlik dövründe mekteb, aile ve uşaq üçbucağının
elaqeleri yaxşıdırsa problemler en aza enir. Bu dövrde
mekteblerde de yaş qruplarına istiqametli ortaq qrup
fealiyyetleri yaradılmalı. Gencler problemlerini
paylaşmalı, içlerindeki sesi gizli tutaraq özlerini blok
etdiklerini unutmamalılar. Aileler genclere çetinlik
çeldikleri mövzuları izah edecek bir ünsiyyet forması
meydana getirmeli. Men yetişmekde olan genclerin onları
qebul edib verdiyi yerin kenarında daha geniş bucaqlı ve
ağıllı olduqlarını görürem. Etdiyimiz müalice işlerinde
onların yetkinler dünyasındakı qalıb ve düşünceleri çox
ciddi qebul etdiklerini müşahide edirem. Buna göre bir
çoxu cemiyyetden ve ailelerinden götürdükleri sehv
istiqametlendirmeler ve mesajlar üzünden etibarsızlığa
itelenilib yetkinlik dövrünün müsbet istiqametlerini
yaşamır, özünü ehemiyyetsiz görür. “Menim geleceyim
ne olacaq?” sualı genclerin zehinini çox narahat edir. Bu da onları qorxulu,
özüne inamı olmayan müsteqil davranmağı öyrene
bilmeyen, depresif bir mövqeye sürüyür..
Cemi 1187 nefer oxuyub
Beyen(370) | Beyenme(128)
Paylaş:
Cinsəllik (+18)

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Whatsapp plus yukle, Instagram Plus yukle, Youtube Plus yukle, mahni yukle, mp3 yukle, azeri klipler, turk klipleri, sekiller, pulsuz mesaj, pulsuz internet, mp4 videolar, kitabxana, online, online tercume, Qarışıq Məqalələr, Şeirlər, Cinsəllik (+18), Hekayələr, Nusrət Kəsəmənli, Qəmli Notlar, Evlilik Mərasimi

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018