Normal Qidalanma haqqında 8 qayda | Qarışıq Məqalələr
Geniş Kitabxana
Normal Qidalanma haqqında 8 qayda
Normal qidanma qaydaları barede yüzlerle meslehetler verilir. Min illerin tecrübesi gösterir ki, bizim metbeximizde işledilen qidaların mütleq ekseriyyeti orqanizm üçün faydalıdır.

Eger bele olmasaydı, tebii seçme qanununa ve tecrübeye göre hemin qidaların ekseriyyeti gün-delik menyudan çoxdan çıxarılmış olardı. ümumiyyetle, hansı qidanı yeyib-yememek nisbi anlayışdır. Bezi xalqların imtina etdiyi qida növlerini, diger xalqlar yeyir, yaxud eksine.

1.Bacardıqca çoxlu terevez yeyin
Bu meslehet ilk baxışda ekser adamlar terefinden qebul edilir. Terevezde çoxlu vitaminler var. Hezm prosesinde terevez kömekçi vasitedir. Terevezin kaloriliyi azdır, ona göre asan hezm olunur, iştah getirir, tezyiqi normallaşdırır. Bir amili nezere almaq vacibdir ki, mede-bağırsaq sisteminde pozuntu olan adamların çoxlu miqdarda terevez yemesi, problem yaradır. çoxlu terevez yeyilmesi keskin arıqlamaya sebeb ola biler. Eyni növ terevezin mütemadi olaraq qebul edilmesi, qanazlığına sebeb olur. En yaxşı qanyaradıcının heyvan menşeli qidalar olduğu hamıya bellidir.

2. Yağlı yemeklerden imtina edin
Yağlı ve piyli heyvan menşeli qidaları menyunuzdan kenarlaşdırın (piyli et, sosiska, kolbasa). Bu qidalar orqanizmde xolesterinin miqdarını keskin artırır, ürek-damar sisteminin fealiyyetine mane olur, qan tezyiqi yükselir, damarlar kirecleşir. Diger terefden, yağlı maddelerden imtina etmek, A ve E vitaminlerinden imtina demek olardı. A vitamini boy artımı, gözün görme qabiliyyetinin normada olmasının esas bazasıdır. E vitamini nesl töredendir ve derinin teravetini ve gözelliyini saxlayan evezedilmez maddedir.

Mesele ondadır ki, A ve E vitaminleri yağlarda hell olan vitaminler qrupuna daxildir. Demeli, yağın iştirakı olmadan beden onları qebul ederek hezm ede bilmez. Bir de bedende yağ turşularının çatışmazlığı baş vrerende, adam özü de istemeden şekere meylli olur. Neticede hedden artıq kökelme baş verir.

3.Bitki yağlarından istifade faydalıdır
Bitki yağları ürek üçün faydalıdır. çünki bitki menşeli yağlarda xolesterin olmur. Bitki yağları hedden artıq kökelmenin qarşısını alır, gözün görme qabiyyetine müs-bet tesir edir ve bedenin immunitetini artırır. Her gün 20 qram heyvan menşeli yağ yemek olar. çünki, bir çox vitamin ve zülallar yalnız heyvan meşeli yağlarda olur.

4. Karbohidratlardan imtina edin
Karbohidratlar orqanizm üçün esas enerji menbeyi sayılır. Amma onun hedden artıq qebul edilmesi piylenmeye sebeb ola biler. Ona göre şeker, un mehsulları ve şirin yemeklerden müm-kün qeder az istifade etmek meslehetdir.

5. Heftede 3 yumurtadan artıq yemeyin
Yumurta qidalı yemek növü sayılır. Yumurta sarısında teze etde olanın yarısı qeder xolesterin var. Hem de yumurtada xolesterini parçalayan lesitin maddesi de vardır ki, hemin madde xolesterini dağıda bilir. Yumurtanı geceler yemek meslehet görülmür. Yumurtadakı xolesterinin orqanizme menfi tesirini azaltmaq mümkündür. Ona göre de yumurtanın qızardılaraq, yağ ve qatıqla yeyilmesi hezm prosesini asanlaşdırır. Ahıl, az hereketde olan, allergiyaya meyyli insanların müm-kün qeder yumurta yememeleri meslehetdir.

Genc, aktiv ve idmanla meşğul olan adamların tez-tez yumurta yemesi faydalıdır. çünki yumurtanın terkibinde insan orqanizmi üçün lazım olan zülallar, manqan, demir, mis, kalsium ve kobalt vardır. Bundan başqa, yumurta qanazlığına qarşı effektiv vasitedir. Hem de sinir sisteminin fosforla qidalanmasının menbeyi yumurta hesab edilir.

6. Deniz mehsullarını istediyiniz qeder yeyin
Deniz mehsulları çox faydalıdır. Onların terkibinde yod, zülallar, A ve D vitaminleri yeterincedir. Deniz mesulları (balıqlar) qan damarlarında kirecleşmenin qarşısını alır. Bu mehsullardan tez-tez istifade edenler gözlerinin görme qabiliyyetinden ve yaddaşdan nadir hallarda şikayetlenirler.

7.Xörek duzu
Bu qidadan tamamile imtina etmeyin. Sadece duzdan istifadeni bacardıqca azaldın. Hipertoniya xesteliyinin daşıyıcılarına duzlu yemek qeti olmaz. Duzdan tam imtina mede şiresinin helletme qabiliyyetini azalda biler. Hem de xörek duzu qanda hemişe müeyyen miqdarda olmalıdır. Amma bu o demek deyil ki, istenilen yemek duzla yeyimelidir.

8.Spirtli içkileri tergidin
Spirtli içkiler orqanizmi zeherleyir ve yorur. Spirtli içki baş beyinin fealiyyetini tormozlayır, serbest hereket ve dü-şünme qabiliyyetinin qismen itirilmesine sebeb olur. Spirtli içkiler qan dövranını zeifledir. Etil spirti qandakı demirle gec sorulan birleşme emele getirir ve insanın tengnefesliyine sebeb olur. Qırmızı şerabdan müalice meqsedile istifade etmek olar.

Ümumiyyetle, Azerbaycanda spirtli içkilerin faydası haqda müzakire açmaq meqbul hal sayılmır. Ona göre de mövzunu burada qapayırıq. Bir şeyi nezere almaq lazımdır ki, spirtli içkiler insan orqanizme faydadan daha çox, ziyan getirir.
Cemi 2978 nefer oxuyub
Beyen(550) | Beyenme(122)
Paylaş:
Qarışıq Məqalələr

Reklam:
Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Silent.Az, Tatli.Biz

Sevgi Smsleri, Dostluq Smsleri, Tebrik Smsleri, Ayrılıq Smsleri, Ad Gunu Smsleri,Prikol Smsler, Turkce Smsler, Qarışıq Smsler, Letifeler, Xoruz ili Haqqında, Ulduzlar bu ilə nə deyir?, Xoruz ilində bizi nə gozləyir?, Xoruz 2017-ci ildə nə gətirəcək?, Bu ildə doġulan insanların xasiyyətləri, Bu ildə doġulan insanların xarakterləri, Bu ildə doġulan insanların xususiyyətləri, Xoruz ilinə dair Mayya qoroskopu, Xoruz ilində bu burclər Varlanacaq, Xoruz ilində doġulan məşhurlar
Tatli.Biz | Silent.Az

[sitemap xml][sitemap html][ror xml][urllist]
©Tatli.Biz 2010-2018