5 manatın üzerindeki “Ə Ə”-nin sirri

5 manatın üzerindeki “Ə Ə”-nin sirri


Bu hərflər keçmiş maliyyə naziri Əvəz Ələkbərovun inisialıdır
Azərbaycan ən qəribə hadisələrin baş verdiyi ölkələrdən biridir. Burada xüsusi ilə məmur-oliqarxlar, vəzifəli, səlahiyyətil şəxslər elə işlər tuturlar ki, məəttəl qalırsan. Məsələn, nazirlər cüt avtomobil nömrələrinə sahib çıxmaq üçün on min manatlarla pul xərcləyirlər, villalarının damını elə örtdürürlər ki, yuxarıdan baxanda orada onun adı və ya ad-soyadının baş hərfləri oxunur, rəhbərlik etdikləri nazirliyə bənzər evlər tikdirirlər və sair...
Təbii, bunlar onların şəxsi işləridir, nə istəsələr edə bilərlər, səlahiyyət sahibləridirlər. Amma bəzi nazirlər səlahiyyətlərindən sui-istifadə edərək əndazəni aşırlar. Məsələn, dünyanın heç yerində belə bir fakta rast gəlinməz ki, ölkənin maliyyə sektoruna rəhbərlik etmiş hansısa məmur milli valyutanın üzərinə ad-soyadının baş hərflərini yazdırsın. Azərbaycanda isə belə bir presedent var. Belə ki, 5 manatlıq əskinasın üzərində çox aydın şəkildə görünən yan-yana “Ə Ə” hərfləri yazılıb. Bunun nə demək olmasını ilk baxışdan sezmək çətindir.
Amma heç şübhəsiz ki, həmin hərflər iri şriftlə təsadüfən yazılmayıb. Bu nə dövlətin hansısa simvoludur, nə milli adət-ənənələrimizi əks etdirir, nə də hansısa dahinin inisialıdır. Hakimiyyətdəki bir mənbədən aldığımız informasiyaya görə, bu, sadəcə milli valyuta dəyişən ərəfədə maliyyə naziri olmuş Əvəz Ələkbərovun təxəyyülünün məhsuludur. O, milli valyutanın denominasiyası zamanı əlində olan səlahiyyətlərdən istifadə edərək, 5 manatlıq əskinasın üzərinə ad-soyadının baş hərflərini yazdırmağa müvəffəq olub. Maraqlıdır, hörmətli Ələkbərov niyə məhz beş manatlıq əskinası seçib? Bu sualımıza cavabında mənbə bildirdi ki, cənab Ələkbərov
[1] 2 >>
Cəmi 2279 nəfər oxuyub
Bəyənən (567) | Bəyənməyən (406)
Dostlarınla Paylaş

Saytda 136 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024