"Titanik"in açılmamış sirleri | Qarışıq Məqalələr
Geniş Kitabxana
"Titanik"in açılmamış sirleri
Bütün zamanların ən məşhur sərnişin
gəmisi olan “Titanik” ən böyük dəniz
faciəsinə yol açması ilə
tanınır. Ancaq yüzlərlə insana məzar olan
nəhəng gəminin batması haqqında hələ də
üstü açıllmamış sirlər var.
Amerikalı yazıçı Morqan Robertson 1861-ci
ildə doğulub. Gəncliyində dənizçi olub, sonra
almaz eksperti kimi işləyib. Oxuduğu bir
hekayədən sonra isə yazıçı olmağa qərar
verir. İlk hekayəsindən 25, sonrakı 10
əsərindən isə 1000 dollar qazanıb.1897-ci
ildə dənizçilik haqqında yeni əsər yazmağa
başladı.
“Dənizçi möhkəm qışqırdı. Aysberq. Dərhal
kapitana xəbər verildi və gəmiyə geri
qayıtmaq əmr edildi. Ancaq gəminin sürətini
azaltması üçün zaman lazım idi. Aysberq isə
yaxınlaşırdı. Aşağıdan əylənən insanların
səsi eşidilirdi. Buz dağı “Titan”a çatdı və
ona sol tərəfdən zərbə endirdi. Zərbə yüngül
idi. Kapitan dərin nəfəs aldı. Amma aysberq
gəminin sualtı hissəsinə böyük zərbə
vurmuşdu. Yara öldürücü idi”.
Bu, Robertsonun romanının bir hissəsi idi.
Romana görə, gəmi batmağa başlayanda
ilk öncə qadınlar və uşaqlar qayıqlara
mindirilərək uzaqlaşdırılmağa başladı.
Avropanın ən zəngin və tanınmış ailələrinin
üzvləri bir biri ilə vidalaşmağa başlamışdı.
M.Robertsonun 1898-ci ildə romanı kiçik bir
kitab kimi nəşr edildi. Kitabın adı isə “Boş
yerə” idi.
Aradan 14 il ötdü və dünyanın ən lüks
gəmisi hesab edilən, heç vaxt batmaz
deyilən “Titanik” İngiltərədən yola çıxdı.
1912-ci il 14 apreldən 15-nə keçən gecə isə
gəmi haqqında olan bütün ümidlər puça
çıxdı. Okeanın ortasında qəfil qarşılarına
çıxan buz parçası “Titanik”in “qatili” oldu.
Həmin gecə Robertsonun romanından olan
və yuxarıda qeyd edilən səhnə təkrarlanır.
Ancaq təsədüf bununla bitmir.
Belə ki, romanda reallıqla üst üstə düşən
bəzi başqa məqamlar da var idi.
1. “Titan” adlı gəmi İngiltərənin
“Southampton” limanından yola çıxır.
“Titanik”də eyni limandan səyahətinə
başlayıb.
2. Romandakı gəminin uzunluğu ilə
“Titanik” arasında cəmi 4 metr fərq var idi.
“Titan” 248, “Titanik” isə 252 metr
uzunluğunda idi.
3. İki gəminin çəkisi demək olar ki, yaxın idi.
“Titan” 70 min, “Titanik” isə 66 min ton.
4. Hər iki gəminin üç pərvanəsi var idi.
5. Hər iki gəmidə 3 minə yaxın sərnişin var
idi.
6. Həm romandakı, həm də real həyatdakı
gəmidə sərnişinlərin arasında dövrün ən
tanınmış, ən zəngin ailələrin üzvləri olub.
7. Robertsonun romanındakı nəhəng gəmi
nə qədər təəccüblü olsa da, Nyu Foundland
yaxınlığında, Şimalı Atlantikada aysberqə
çırpılaraq batıb. “Titanik” də 14 il sonra
eyni koordinatda eyni aqibətlə okeanın
buzlu sularına qərq olub.
8. Hər iki gəmidə kifayət qədər ehtiyat
xilasedici qayıq olmayıb. Bu da insan
təlafatının sayını artırıb.
9. Gerçək qəzada 1513, romandakı qəzada
isə 1500 nəfər ölüb və itkin düşüb.
Cemi 1118 nefer oxuyub
Beyen(317) | Beyenme(112)
Paylaş:
Qarışıq Məqalələr

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Mp3 Axtar, Video Axtar, Şəkil Axtar, Android Dunyası, Lazımlı Linklər, Ekskluziv Programlar, Maraqlı Bolmələr, Mobil Filmlər, Geniş Kitabxana, Dini Məqalələr, Qadın Dunyası, Burclərin Sirri

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018