"Titanik"in açılmamış sirleri

"Titanik"in açılmamış sirleri


Bütün zamanların ən məşhur sərnişin
gəmisi olan “Titanik” ən böyük dəniz
faciəsinə yol açması ilə
tanınır. Ancaq yüzlərlə insana məzar olan
nəhəng gəminin batması haqqında hələ də
üstü açıllmamış sirlər var.
Amerikalı yazıçı Morqan Robertson 1861-ci
ildə doğulub. Gəncliyində dənizçi olub, sonra
almaz eksperti kimi işləyib. Oxuduğu bir
hekayədən sonra isə yazıçı olmağa qərar
verir. İlk hekayəsindən 25, sonrakı 10
əsərindən isə 1000 dollar qazanıb.1897-ci
ildə dənizçilik haqqında yeni əsər yazmağa
başladı.
“Dənizçi möhkəm qışqırdı. Aysberq. Dərhal
kapitana xəbər verildi və gəmiyə geri
qayıtmaq əmr edildi. Ancaq gəminin sürətini
azaltması üçün zaman lazım idi. Aysberq isə
yaxınlaşırdı. Aşağıdan əylənən insanların
səsi eşidilirdi. Buz dağı “Titan”a çatdı və
ona sol tərəfdən zərbə endirdi. Zərbə yüngül
idi. Kapitan dərin nəfəs aldı. Amma aysberq
gəminin sualtı hissəsinə böyük zərbə
vurmuşdu. Yara öldürücü idi”.
Bu, Robertsonun romanının bir hissəsi idi.
Romana görə, gəmi batmağa başlayanda
ilk öncə qadınlar və uşaqlar qayıqlara
mindirilərək uzaqlaşdırılmağa başladı.
Avropanın ən zəngin və tanınmış ailələrinin
üzvləri bir biri ilə vidalaşmağa başlamışdı.
M.Robertsonun 1898-ci ildə romanı kiçik bir
kitab kimi nəşr edildi. Kitabın adı isə “Boş
yerə” idi.
Aradan 14 il ötdü və dünyanın ən lüks
gəmisi hesab edilən, heç vaxt batmaz
deyilən “Titanik” İngiltərədən yola çıxdı.
1912-ci il 14 apreldən 15-nə keçən gecə isə
gəmi haqqında olan bütün ümidlər puça
çıxdı. Okeanın ortasında qəfil qarşılarına
çıxan buz parçası “Titanik”in “qatili” oldu.
Həmin gecə Robertsonun romanından olan
və yuxarıda qeyd edilən səhnə təkrarlanır.
Ancaq təsədüf bununla bitmir.
Belə
[1] 2 >>
Cəmi 2476 nəfər oxuyub
Bəyənən (568) | Bəyənməyən (344)
Dostlarınla Paylaş

Saytda 45 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024