Doğru bildiyimiz 13 yalnış bilgi

Doğru bildiyimiz 13 yalnış bilgi


1. “Kəpənəklərin ömrü bir gündür”. Yalnışdır! Kəpənəklərin sadəcə bir neçə növü cəmi bir gün yaşayır. Daha “kəpənək olsaydım da bu günləri görməsəydim”, “kəpənəyin qəlbini qırdınsa sabahı gün üzr istəyə bilməzsən” kimi mənasız sözlər sizə pis təsir etməyəcək.

2.“Siçanlar pendiri sevirlər”. Yalnışdır! Siçanlar pendiri sevmirlər, onlar taxıl bitkilərini və şirin meyvələri sevirlər.İndi bildiniz nəyə görə tələnizə siçan düşmür?



3.“Nyuton başına düşən almalardan sonra yerin cazibə qüvvəsi olduğunu kəşf etdi” Yalnışdır! O almalar Nyuton ağacın altında olarkən düşmüşdü,amma,heç biri onun başına düşməmişdi.

4.“İnsan gündə 8 stəkan su içməlidir” Yalnışdır! Bu, insanın yaşından,boyundan,ölçüsündən və başqa xüsusi səbəblərdən aslıdır. Siz yenə də çox su için.

5.“Adəm ilə Həvva qadağan olunmuş almanı yedikləri üçün cənnətdən qovulublar”. Yalnışdır! Heç bir müqəddəs kitabda o meyvənin adı keçməyib. Bu sadəcə “qadağan olunmuş meyvə” adlanıb.

6.“İtlər dünyanı ağ-qara görür”. Yalnışdır! İtlər də insanlar kimi rəngli görür ,amma, insanlar qədər parlaq görmürlər.

7.“Dəvələr hürgüclərində ehtiyat halda su saxlayırlar”. Yalnışdır! Dəvələr hürgüclərində su deyil yağ saxlayırlar və lazım olduqda bu yağı parçalayıb su halına çevirirlər. Əlavə məlumat kimi onu qeyd edim ki, 1 kq yağ parçalandıqda 1,1 litr su ayrılır.

8.“Suşi yapon dilindən tərcümədə çiy balıq mənasına gəlir”. Yalnışdır! Suşi yaponcadan tərcümədə “turş düyü” mənasında gəlir.

9.“Smartfonları yəni ağıllı telefonları gecə enerjiyə qoyub yatmaq telefonun ömrünü azaldır”. Yalnışdır! Ağıllı telefonlar enerjisi dolduğu anda enerji qəbulunu dayandıracaq qədər ağıllıdır.
[1] 2 >>
Cəmi 1747 nəfər oxuyub
Bəyənən (370) | Bəyənməyən (301)
Dostlarınla Paylaş

Saytda 122 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023