Həyata pozitiv baxış

Həyata pozitiv baxış


Maykl hər zaman sevincli və gülərüz idi, həmişə çevrəsinə pozitiv şeylər söyləyərdi. Biri ondan bunun necə olduğunu soruşanda: “Bundan yaxşı ola bilməzdim” - deyə cavab verərdi. O, əsl motivator idi. Əgər kimsə cansıxıcı, gərgin gün keçiribsə Maykl, ona vəziyyətə pozitiv yöndən baxmasını söylərdi.

Mayklın bu tərzi məni çox maraqlandırdı və bir gün gedib ondan soruşdum: “Başa düşmürəm. Hər zaman necə bu qədər pozitiv ola bilirsən? Bunu necə bacarırsan?”

Maykl cavab verdi: Hər səhər oyanarkən özümə deyirəm ki, bu gün iki seçimin var: ya pozitiv ya da neqativ əhvalda ola bilərsən., özün seç. Mən də pozitiv olmağı üstün tuturam. Pis bir şey olduqda, ya özümü qurban olaraq görə bilərəm, ya da bu hadisədən nəsə nəticə çıxarıb, dərs ala bilərəm. Mən də öyrənməyi seçirəm. Nə vaxt ki, birisi mənə dərdini danışsa, onu sadəcə dinləyə, ya da həyatın müsbət tərəflərini göstərə bilərəm. Mən də ikincini seçirəm.

Etiraz etdim: Yox, bu qədər sadə deyil.

Bəli, bu qədər sadədir. Maykl davam etdi: həyat seçimlərdən ibarətdir. Lazımsız detalları bir kənara atsan hər vəziyyətin bir seçim olduğunu görərsən. Insanların düşüncə və davranışlarının sənin əhvalına təsirini özün seçərsən. Necə bir sevinc yaxud kədər yaşayacağını özün müəyyənləəşdirərsən. Həyatını necə yaşayacağın da sənin seçiminə bağlıdır.

Mayklın dedikləri haqqında uzun – uzun düşündüm. Bir müddət sonra öz işimə başlamaq üçün iş yerindən ayrıldım. Bir – birimizlə əlaqəni itirdik, lakin həyat haqqında bir seçim edəcəyim anda tez – tez onu və həyata baxış tərzini düşündüm. Bir neçə il sonra, Mayklın ciddi bir qəza keçirdiyini eşitdim. 18 saatlıq bir əməliyyat sonrası, Maykl belinə yerləşdirilmiş dəmir çubuqlarla xəstəxanadan
[1] 2 >>
Cəmi 2264 nəfər oxuyub
Bəyənən (501) | Bəyənməyən (361)
Dostlarınla Paylaş

Saytda 115 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023