Həyata pozitiv baxış

Həyata pozitiv baxış


çıxarılmışdı.

Qəzadan 6 ay sonra Mayklı gördüm. Özünü necə hiss etdiyini soruşduğumda, “daha yaxşı ola bilməzdim, yara izlərimi görmək istərdin mi?” - deyə zarafatla cavab verdi. Təklifini rədd etdim, amma qəza əsnasında beynindən nələr keçdiyini özündən soruşdum.

O dedi: ilk ağlıma gələn şey doğulacaq qızımın sağlamlığı oldu. Yerdə yatarkən iki seçimimin olduğunu düşündüm. Ya yaşayacaqdım, ya da öləcəkdim. Mən yaşamağa üstünlük verdim.

Qorxmadın mı? - deyə soruşdum.

Maykl belə cavab verdi: təcili yardım həkimləri mənə düzələcəyimi dedilər. Lakin xəstəxanaya gətiriləndə, həkimlərin və tibb bacılarının üzlərindəki ifadəni görərkən həqiqətən qorxdum. Gözləri sanki, mənim öldüyümü deyirdi. O anda nəsə etməyimin vacibliyini anladım. Nə etdin? – deyə soruşdum. Maykl cavab verdi: bir tibb bacısı məndən tez – tez nəsə soruşurdu, həmçinin nəyəsə allergiyam olub – olmadığını soruşdu. “Bəli, yer cazibəsinə qarşı allergiyam var” - deyə bağırdım, “mən yaşamağı seçirəm” - dedim. “Məni ölü biri kimi deyil, canlı birisi kimi əməliyyat edin!”

Maykl həm həkimlərin bacarığı, həm də həyata inanılmaz pozitiv yanaşması sayəsində sağ qalmağı bacardı. Hər gün həyatı doya – doya yaşamaq üçün iki seçim haqqqımızın olduğunu ondan öyrəndim. Həyata olan baxış tərzimiz yaşamımızın keyfiyyətini müəyyənləşdirər! Buna görə də sabah üçün üzülməyin, onsuzda necə olacağını bilmirsiniz. Hər keçən günün özünə bəs edəcək qədər dərdi vardır. Qaldı ki, bu gün, dünən qayğılandığınız sabahdır....
<< 1 [2]
Cəmi 2278 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 156 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024