Siz fursətləri, fürsətlərdə sizi gözləyər

Siz fursətləri, fürsətlərdə sizi gözləyər


Keçmiş zamanlarda bir vadidə yaşayan rahib varmış. 40 il boyunca bölgəsində yaşayan insanlarla maraqlanmış, gəncləri evləndirmiş, cənazələri keçirmiş, xəstə, yalnız olanları təsəlli etmiş, bütün bu dövr ərzində nümunəvi bir insan örnəyi olmuşdur. Bir gün dəhşətli yağış yağmağa başlamış: 20 günlük yağışdan sonra su elə yüksəlib ki, rahib kilsənin damına çıxmağa məcbur olmuşdur.

Orada titrəyərək oturarkən, qayıqla bir adam yaxınlaşmış və demiş ki, “tez gəlin qayığa minin. Sizi quruya çıxaracağam.” Rahib adama baxır və “40 ildir Allahın məndən gözlədiyi hər şeyi yetərincə eləmişəm. Cənazələri idarə etdim, kasıb və acları doyurdum, gəncləri evləndirdim, sadəcə bir həftə tətilim oldu, onda da bilirsən nə etdim? Bir yetimxanaya gedib təmizliklə məşğul olub, ordakılara yardım edirdim. Allaha qulluq etdiyim üçün ona inancım tamdır. Bu səbəbdən sən qayığınla gedə bilərsən, mən qalacağam. Allahım məni qoruyar.” Qayıqdakı adam oradan uzaqlaşar. Iki gün də keçir və yağış suları elə yüksəlir ki, rahib zəng qülləsinin ən başından asılı durar.

Elə bu anda bir vertolyot gəlir və pilot ona səslənir: “tez olun, indi aşağıya bir kran göndərəcəyik. Kəməri belinizə taxın, sizi xilas edəcəyik.” Yaşlı rahib buna “yox, yox” - deyə cavab vermiş və yenə həyatında etdiyi yaxşılıqlar və Allaha olan inancından danışmağa başlamışdı. Beləliklə, vertolyot da getmiş, bir neçə saat sonra isə rahib sulara qərq olub, boğulmuşdur.
Rahib yaxşı insan olduğu üçün cənnətə gedir. Qismətindən şikayətlənərkən, neqativ bir ruh halı ilə oraya çatmış. Cənnətə əsəbi halda, islaq ayaqları ilə daxil olarkən birdən Allaha rast gəlir. Allah təəccüblənərək ona baxıb “Rahib Makdonald bu nə sürpriz?” - deyir. Rahib isə ona dik – dik baxır
[1] 2 >>
Cəmi 1796 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 98 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024