Maraqli 100 Aforizm | Qarışıq Məqalələr
Geniş Kitabxana
Maraqli 100 Aforizm
Akıllı adam aklını kullanır. Daha akıllı adam başkalarının da aklını kullanır.
----
Bədii əsərin ömrü onun xalq tərəfindən bəyənilməsindən asılıdır. (Səməd Vurğun)
----
Kral da, dilənçi də eyni iştahla acarlar (Mişel Monten)
----
Alçalmaq, yüksəlməkdən çox daha asandır. (Alber Kamyu)
----
Aşılmaz bir divarın qarşısında yaşamaq it kimi yaşamaqdır. (Alber Kamyu)
----
Azadlıq gələcək ümidi deyil. O, bu saniyəyədir və insanlarla və bu saniyədəki dünyayla uyğundur. (Alber Kamyu)
----
Bacardığımız hər iş bizi qullaşdırır, çünki daha yaxşısını etməyə məcbur edir. (Alber Kamyu)
----
Bir əsərin ürəyində, ora qaranlıq belə olsa sönməyən bir günəş parıldayar. (Alber Kamyu)
----
Bir insan söylədikləri qədər söyləmədikləri ilə də insanlaşır. (Alber Kamyu)
----
Bir insanı sevmək, onunla birlikdə yaşlanmağa razı olmaqdır. (Alber Kamyu)
----
Bir insanın tək başına xoşbəxt olması utanılacaq bir şeydir. (Alber Kamyu)
----
Bir yazıçıyam. Mən deyil qələmim düşünər,xatırlayar ya da əhatə edər. (Alber Kamyu)
----
Böyük olmanın yolu da, dahilik kimi iş və alın tərindən keçir. (Alber Kamyu)
----
Bu dünyada ən böyük cinayət, insanların daşıdıqlarından qaçmağı deyilsə nədir? (Alber Kamyu)
----
Bütün böyük hadisələrin, böyük düşüncələrin əhəmiyyətsiz bir başlanğıcı vardır. (Alber Kamyu)
----
Dostlarım, indi mən sizə böyük bir şey söyləyəcəyəm. Əsla qiyamətin qopmasını gözləməyin, o hər gün qopmaqdadır. (Alber Kamyu)
----
Dünya işıqlıq olsaydı, sənət olmazdı. (Alber Kamyu)
----
Dünyada hər pislik, demək olar ki, cəhalətdən gəlir. (Alber Kamyu)
----
Eşq, ağıllı axmaq demədən bütün insanlara yoluxan bir xəstəlikdir. (Alber Kamyu)
----
Ədalət olmadan nizam olmaz. (Alber Kamyu)
----
Əxlaqa dair nə bilirəmsə bunu futbola borcluyam. Çünki top heç bir zaman gözlədiyim küncdən gəlmədi. (Alber Kamyu)
----
Əslində ağıllı bir insan, bunu siz də çox yaxşı bilirsiniz, quldur olub cəmiyyətə yalnız şiddətlə hökm etmənin xəyalını qurar. Bu da bəzi romanlarda oxuduğumuz qədər asan olmadığından, ümumiyyətlə siyasətə girilər, ən zalım partiyaya qaçılır. Ağlımızı ayaq altına alırmışıq, nə əhəmiyyəti var, deyilmi? Beləcə dünyaya hökm edə bildikdən sonra..İçimdə zülmlə əlaqədar şirin xəyallar tapırdım. (Alber Kamyu)
----
Gənclik asan xoşbəxtliklər üçün parlaq bir çağdır. (Alber Kamyu)
----
Aclıq, nə dost, nə qohum, nə insanlıq, nə də haqq tanıyar. (Daniel Defo)
----
Biz yemək üçün yaşamırıq, yaşamaq üçün yeyirik. (Sokrat)
----
Aclıq - qidaya ən yaxşı ədviyyatdır. (Sokrat)
----
Əgər öz həyatını uzatmaq istəyirsənsə, yeməklərini qısalt (Bencamin Franklin)
----
Aclıq ilə qürur, heç vaxt tuş gələ bilməzlər (Conatan Svift)
----
Aclıq elə alçaq bir qapıdır ki, keçilməsi zəruri olanda, insan nə qədər böyükdürsə, o qədər çox əyilər (Viktor Hüqo)
----
Cavan oğlanda həqiqi sevginin birinci əlaməti — ürəksizlikdir, qızda — cəsarət (Viktor Hüqo)
----
Həyatda ən böyük xoşbəxtlik — insanların sizi özünüzə görə sevdiklərinə əmin olmaqdır. (Viktor Hüqo)
----
Həmişə bir-birinizi bütün qəlbinizlə sevin. Dünyada demək olar ki, sevgidən başqa heç nə yoxdur. (Viktor Hüqo)
----
Fəlsəfə, utanmazlığın müasir formasıdır. (Alber Kamyu)
----
Haqlı olma ehtiyacı, sıravi insanlara məxsusdur. (Alber Kamyu)
----
Hamımız öləcəyimizə görə, nə vaxt və necə olduğunun əhəmiyyətsizliyi ortadadır. (Alber Kamyu)
----
Heç bir şey, böyüklük qədər sadə deyil; çünki sadə olmaq, bir az da böyük olmaqdır. (Alber Kamyu)
----
Həyat bir şey deyil. Etinayla yaşayın. (Alber Kamyu)
----
İnancın yerə düşsə silahın da yerə düşər. (Alber Kamyu)
----
İnsan da, həyat da axmaqdır; boşunadır, təsadüfidir, möhkəm heç bir şey yoxdur, amma yenə də yaşamaq lazımdır. (Alber Kamyu)
----
İnsan heç vaxt tamamilə bədbəxt olmaz. (Alber Kamyu)
----
İnsan insan olmadığı müddətcə insanlar insan kimi yaşaya bilməz. (Alber Kamyu)
----
İnsan, nə isə o olmağı rədd edən tək varlıqdır. (Alber Kamyu)
----
İnsan, öz özündən saxlamağa çalışdığı yanını sevməz. (Alber Kamyu)
----
İnsan özü üçün gerçək və mütləq olan xoşbəxtliyə həyatında bir dəfə çatar və geri qalan bütün həyatını bu xoşbəxtliyə təkrar çatmağa həsr edər. (Alber Kamyu)
----
İnsan, özünə bir məna verməyə çalışan tək məxluqdur.. (Alber Kamyu)
----
İnsan tamamilə günahkar deyil çünki tarixi o başlatmadı, amma tamamilə günahsız da deyil çünki tarixi davam etdirdi. (Alber Kamyu)
----
İnsanı ağıllı edən tək şey nifrətdir. (Alber Kamyu)
----
İnsanın əvvəl axır öyrəşə bilməyəcəyi bir düşüncə yoxdur. (Alber Kamyu)
----
İnsanın hər gün etdiyi ən yaxşı şey intihar etməməyə qərar verməkdir. (Alber Kamyu)
----
İnsanın pulu varsa çalışmaq məcburiyyətində qalmaz. Beləcə zamanı alar. Bu qalan zamanda da özünü xoşbəxt edə biləcək şeyləri edər. Yəni pul xoşbəxtliyi alar. (Alber Kamyu)
----
İnsanlar üçün ən ideal nizam, onların xoşbəxt olduğu nizamdır. (Alber Kamyu)
----
İyirminci əsrimiz qorxu çağıdır. Deyəcəksiniz ki, qorxu bir elm deyil, amma bu qorxuda elmin payı var. (Alber Kamyu)
----
Kainat insan üçün uyğunlaşmasızdır və bilinə bilməz. (Alber Kamyu)
----
Kəlimələr torba kimidir, içinə qoyulan şeyin şəklini alar. (Alber Kamyu)
----
Kölgəsiz günəş yoxdur və gecəni tanımaq lazımdır. (Alber Kamyu)
----
Qışın ən soyuq zamanında, mən nəhayət içimdə məğlub edə bilmədiyim bir yaz olduğunu öyrəndim. (Alber Kamyu)
----
Mən ümidsizliyi və bu dərdli dünyanı qəbul etməyərək, insanların birləşməsini və pis yazğılarına qarşı döyüşmələrini istəyirdim. (Alber Kamyu)
----
Mənim məşğuliyyətim, kitablarımı yazmaq, insanlarım və xalqım təhdid edildiyində döyüşməkdir. Bu qədər. (Alber Kamyu)
----
Mərhəmət faydasız olanda, insan ondan bezər. (Alber Kamyu)
----
Mətbuat azadlığı bəlkə də azadlıq düşüncəsinin gedərək alçaldılmasından ən çox ağrılı çəkmiş azadlıqdır. (Alber Kamyu)
----
Müasir siyasi cəmiyyət, insanları bədbəxtliyə salma maşınıdır. (Alber Kamyu)
----
Ölüm bir statistika və dövlət işi olanda, dünya işləri artıq yaxşı getmir deməkdir. (Alber Kamyu)
----
Pislik cəhalətdən gəlir. (Alber Kamyu)
----
Polemikaya görə çoxumuzun gözünü pərdələr bürümüş, artıq insanlarla yox, kölgələr dünyasında yaşayırıq. (Alber Kamyu)
----
Sevmənin sərhədi ola bilməz. (Alber Kamyu)
----
Sənət məncə ən böyük sayıda insanı ortaq ağrılar və sevinclərlə coşduracaq görünüşləri, formaları tapmaqdır. (Alber Kamyu)
----
Sənət, sənətçini insanlardan ayrılmamağa məcbur edir. (Alber Kamyu)
----
Sənətçilər həyatdan yanadırlar ölümdən yana yox. (Alber Kamyu)
----
Siyasət və sənət dünyanın nizamsızlıqları qarşısında baş qaldırmanın iki ayrı üzüdür. (Alber Kamyu)
----
Yaşamağın dadını bilməkdən qorxana axmaq deyərəm. (Alber Kamyu)
----
Yazıçı, sənətini böyük edən bu iki vəzifəsini yüklənməlidir; gerçəyi və azadlığı. (Alber Kamyu)
----
Yazıçılıq sənəti qorunması güc olan bu iki tapşırığa bağlı qalacaq; bilə-bilə yalan danışmamaq və insanın insanı əzməsinə etiraz etmək. (Alber Kamyu)
----
Müvəffəqiyyət asan əldə edilir, çətin olan müvəffəqiyyətə layiq olmaqdır. (Alber Kamyu)
----
Ancaq başqaları üçün yaşanılan həyat,yaşamağa dəyər həyatdır. (Albert Eynşteyn)
----
Arzulamaq bilməkdən daha əhəmiyyətlidir. (Albert Eynşteyn)
----
Bir səhvi iki dəfə təkrar etməyən ən mükəmməl insandır. (Albert Eynşteyn)
----
Bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır. (Albert Eynşteyn)
----
Bir qum dənəsinin sirrini bilsəydik, bütün dünyanın sirrini öyrənmiş olardıq. (Albert Eynşteyn)
----
Böyük gücə sahib suveren dövlətlər olduğu müddətcə müharibə qaçınılmazdır. (Albert Eynşteyn)
----
Bu dünyada məni bir neçə adam anladı, onlar da səhv anladı. (Albert Eynşteyn)
----
Dahiliyin 10′da 1′i qabiliyyət 10′da 9′u da çalışmaqdır. (Albert Eynşteyn)
----
Dahilik ilə axmaqlıq arasındakı fərq, dahiliyin sərhədlərinin olmasıdır. (Albert Eynşteyn)
----
Dəlilik eyni şeyi təkrar təkrar edib fərqli nəticələr gözləməkdir. (Albert Eynşteyn)
----
Dini inkar edən elm topal, elmi inkar edən din kordur. (Albert Eynşteyn)
----
Dünya yaşamaq üçün təhlükəli bir yerdir; pislik edənlərə görə yox, dayanıb seyr edən və onlara səs çıxartmayanlara görə. (Albert Eynşteyn)
----
Dünyanı təxəyyül çevirər. (Albert Eynşteyn)
----
Elm atom bombasını kəşf etdi,lakin əsil pislik insanların beyinlərində və qəlblərindədir. (Alber Kamyu)
----
Siyasət üçün yaradılmadım. Çünki rəqibin ölümünü istəməkdən ya da qəbul etməkdən acizəm. (Viktor Hüqo)
----
Çalışmaq həyat, düşünmək işıqdır... (Albert Eynşteyn)
----
Söz dərman kimidir, azı xeyirli, çoxu zərərlidir. (Hz.Əli)
----
Bölüşdüyün bir sevinc ikiqat artar, bölüşdüyün bir kədər yarı-yarıya azalar. (Siseron)
----
Hər güldə tikan olar, ancaq hər tikanda gül olmaz. (Mövlana C. Rumi)
----
Heç bir şey insan qədər yüksələ bilməz və heç bir şey insan qədər alçala bilməz. (Helderlin)
----
Səxavətsiz səadət olmaz. (Nəsirəddin Tusi)
----
Dünyada insanlar üçün ən aşkar və ən aydın dəlil onların özünün varlığıdır. (Nəsirəddin Tusi)
----
Yaxşı iş görməkdə əziyyət çəksən, əziyyət keçəndən sonra yaxşılıq qalar; pis iş görüb ləzzət çəksən, ləzzət gedər, pislik qalar. (Nəsirəddin Tusi)
----
Azadlıq nəyin varsa onunla kifayətlənməkdədir. (Epikür)
----
Ədalətli olmağın bəhrəsi ruhi sakitlikdir. (Epikür)
----
Dəfələrlə fikirləş, sonra dilə gətir, dönə-dönə götür-qoy et, sonra həyata keçir, çünki şərait dəyişilə bilər. (Nəsirəddin Tusi)
----
Nitq qüvvəsinin yeri beyin, qəzəb qüvvəsinin yeri ürəkdir. (Nəsirəddin Tusi)
Cemi 677 nefer oxuyub
Beyenen (178) | Beyenmeyen (130)
Paylaş:
Qarışıq Məqalələr

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Whatsapp+, Instagram+, Youtube+, mahni indir, pulsuz oyunlar, lazimli programlar, android dunyasi, pulsuz yuklemeler, romantik sekiller, qizlarin sirri, qadin dunyasi

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018